Page 494 - design_Topcubashov_Full_Layout 1
P. 494
Əlimərdan bəy Topçubaşov
Qafqaz müsәlmanları nümayәndәlәrinin 1905-ci ildә
Nazirlәr Kabinetinә tәqdim etdiklәri “Qafqaz müsәlmanlarının
petisiyası”nda yaranmış acınacaqlı vәziyyәtdәn bәhs edilәrәk
deyilirdi: “...Xalq tәhsili sahәsindә indiyә qәdәr Qafqaz
müsәlmanları üçün heç bir iş görülmәyib. Müsәlman әhalisi
arasındakı mövcud xalq mәktәblәri şagirdlәrin savad vә
bilik almağa olan-qalan maraqlarını da öldürür. Çünki tәhsildә
tәtbiq edilәn metod – Levitskinin lal üsulu 575 öz mahiyyәti
vә әhatә dairәsi etibarilә Qafqaz tatarının vә dağlının tәbiәtinә
tamamilә yaddır. Ana dili bütün tәdris müәssisәlәrindәn o
dәrәcәdә sıxışdırılıb çıxarılıb ki, hәtta doğma dildә kitab
oxumaq da cinayәt sayılır. Ana dilinin, milli әdәbiyyat vә
tarixin tәdrisi haqqında isә ümumiyyәtlә, söhbәt gedә bilmәz.
Müsәlman cәmiyyәtinin nümayәndәlәri tәlim-tәrbiyә vә
tәdris mәsәlәlәrindәn tamam uzaqlaşdırılıblar. Mәdәniyyәt
vә maarifin mühüm vasitәlәri olan qәzet, jurnal vә kitabların
yoxluğu xüsusilә kәskin şәkildә hiss edilir. İstәr orijinal,
istәrsә dә tәrcümә kitablarının nәşrinә qoyulmuş qarşısıalınmaz
494
qadağalar, әslindә, bu gün hәmin sahәnin müsәlmanlar
arasında, ümumiyyәtlә, mövcud olmadığını söylәmәyә әsas
verir. Aydın mәsәlәdir ki, belә şәraitdә qiraәtxanalar, müxtәlif
xalq tәhsili kursları vә maarifçi sәciyyәsi ilә seçilәn digәr
müәssisәlәr dә fәaliyyәt göstәrmir. Bütün bunlar azmış kimi,
Qafqaz müsәlmanları uzun illәrdәn bәri hәtta xeyriyyә
cәmiyyәti tәsis etmәk hüququ da qazana bilmirlәr”.
Moskva Universitetinin tәbiәt elmlәri fakültәsini bitirib
ictimai fәaliyyәt meydanına atılan Hәsәn bәy Mәlik-Zәrdabi
(1837–1907) öz xalqını belә fәrәhsiz vә kәdәrli vәziyyәtdә
görmüşdü. Bu, 1865-ci ildә, hәyatının 28-ci ilindә baş
vermişdi. Hәsәn bәy orta tәhsilini böyük uğurla başa
vurmuşdu. Tiflis gimnaziyasını qızıl medalla bitirmiş, adı o
zaman gimnaziyadakı mәrmәr lövhәyә hәkk edilmişdi. Onun
tәlәbәlik illәri rus ictimai fikrinin vә mәtbuatının qüdrәtli
yüksәlişi ilә eyni vaxta düşmüşdü. 60-cı illәrdәki islahatların
tәsiri altında cәmiyyәtdә eşidilәn cәsarәtli azadlıq çağırışları