Page 497 - design_Topcubashov_Full_Layout 1
P. 497
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
tәhsil aldığı dövrdәn kәnd әhalisinin vәziyyәtinin
yaxşılaşdırılması xәyalları ilә yaşayan Hәsәn bәy belә bir
qurumda çalışmaqla daha çox fayda gәtirәcәyini düşünürdü.
Lakin o, Torpaq Palatasının әkin sahәlәrini müsәlman
kәndlilәrin әlindәn alıb Rusiyanın daxili quberniyalarından
Qafqaza köçürülәn gәlmәlәrә verdiyini görәndә belә
mәsәlәlәrdәn biri (Borçalı qәzasının müsәlman әhalisinin
torpaqlarının zorakı yolla tutulması) ilә әlaqәdar rәislәrin
göstәrişini yerinә yetirmәk әvәzinә, sәrәncamla bağlı xüsusi
fikrini yazdı vә nәticәdә dәrhal vәzifәsindәn uzaqlaşdırıldı.
Zaqafqaziyada mәhkәmә islahatının tәtbiqi (20 noyabr
1864-cü il tarixli tamamilә tәhrif edilmiş Mәhkәmә
Nizamnamәsi әsasında) Hәsәn bәyi fәaliyyәtini hәmin
istiqamәtә yönәltmәyә, mәhkәmәlәr vasitәsi ilә xalqın
tapdanan hüquqlarını qorumağa şövqlәndirdi. Artıq Quba
şәhәrindәki Barışıq mәhkәmәsinin katibidir. Bu vәzifә Hәsәn
bәyә kütlәlәrlә birbaşa ünsiyyәtә girmәyә, onlara doğma
ana dilindә yeni mәhkәmә quruluşunu, әdliyyә sistemindә 497
aparılan dәyişikliklәrlә әlaqәdar әldә etdiklәri hüquq vә
vәzifәlәri aydınlaşdırmağa imkan yaradırdı. O, bütün qüvvә
vә sәylәrini yeni mәhkәmә qaydaları haqqında heç bir
tәsәvvürü olmayan xalq kütlәlәrini, xüsusәn dә avam kәndlilәri
ara vәkilliyinә qurşanan, insanların son tikәsini “uf” demәdәn
boğazlarından çәkib çıxaran çirkin niyyәtli, yaramaz şәxslәrin
asılılığından qurtarmağa sәrf edirdi. Ara vәkillәri tәhlükәnin
haradan gәldiyini dәrhal anladılar, qara әmәllәrinә qorxu
törәdәn düşmәndәn xilas olmağa qәrar verdilәr. Onlar Qubada
Hәsәn bәyin hәyatına sui-qәsd tәşkil etdilәr. Xoşbәxtlikdәn,
hәr şey salamatlıqla başa çatdı.
Bundan sonra biz Hәsәn bәyi Bakıda, real mәktәbin
tәbiәt tarixi müәllimi simasında gördük. O vaxt real mәktәb
әvvәlcә bütün keçmiş Şamaxı, sonra isә Bakı quberniyasında
yeganә orta tәhsil müәssisәsi idi. Güman etmәk olardı ki,
nәhayәt, Hәsәn bәy bilik vә bacarığını üzә çıxara bildiyi әsl
fәaliyyәt sahәsini tapıb. Bu hәm dә onun “pium desiderium”-