Page 493 - design_Topcubashov_Full_Layout 1
P. 493
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Müsәlmanların başqa xalqlardan tәcrid olunmuş vәziyyәtdә
saxlanmaları dövlәtin maraq vә mәnafelәrinә cavab verәn
mәqbul addım sayılırdı.
Hökumәt “yad ünsürlәr”lә bağlı özünü heç bir әziyyәtә
salmır, üzәrinә hәr hansı tәәhhüd vә yük götürmәk istәmirdi.
Hökumәtin nәzәrindә müsәlmanlar sadәcә buna layiq deyildilәr.
Çünki rәsmi dairәlәrin fikrincә, “hamısı gözlәrini Türkiyәyә
zillәmişdilәr vә Mәhәmmәdin әtәyindәn bәrk-bәrk yapış -
mışdılar”.
Hәqiqәtәn dә, polis qamçısından, nәm vә soyuq
zindanlardan, dilini anlamadıqları, ruh vә mahiyyәt etibarilә
yad mәhkәmәlәrin hökmü ilә göndәrildiklәri Sibirin ucsuz-
bucaqsız çöllәrindәn başqa, müsәlman әhaliyә göstәrilәn
hәr hansı qayğıdan danışmaq mümkün deyildi.
İmperiyanın “sadiq tәbәәlәr”ә belә ögey münasibәti nәti -
cә sindә müsәlmanlar özlәrinә daha çox qapılır, әtraf dün -
yadan tәcrid olunurdular. Onlar başqa xalqlara, ilk növbәdә
sıyırma qılınc üstlәrinә gәlәn vә hәmişә başlarının üstündә 493
silahlı dayanan fatehlәrin yardımına ehtiyac duyurdular.
Şәrqi Zaqafqaziyanın müsәlman xalqının vәziyyәti
xüsusilә dözülmәz idi. Bu torpaqların sakinlәri ölkәlәrini әsl
adı ilә “Azәrbaycan”, özlәrini isә “türk-azәri”, yaxud
“azәrbaycanlı” adlandıra bilmirdilәr. Açıq şәkildә türk әsilli
xalq olduqlarını dilә gәtirmәlәrinә imkan verilmirdi. Başqa
xalqlar kimi yalnız dini deyil, hәm dә intellektual inkişaf,
elm, tәhsil, iqtisadiyyat sahәlәrindә maraq vә mәnafelәrinin
mövcudluğu tәlәbi ilә çıxış etmәk imkanından mәhrum
idilәr.
Mәdәni özünәmәxsusluq vә inkişafla bağlı tәlәblәrini,
ictimai hәyatın, kәnd tәsәrrüfatının, müasir texniki tәrәqqinin
nailiyyәtlәri ilә zәnginlәşmәk vә tәkmillәşmәk istәklәrini
önә sürә bilmirdilәr. Son dövrlәrә qәdәr müstәqil yaşadıqlarını,
milli qayә vә ideallara tәlәbat duyduqlarını, öz dil, әdәbiyyat
vә tarixlәrini öyrәnmәk haqqına malik olduqlarını uca sәslә
söylәmәk dә bu insanlara hәmişәlik yasaq edilmişdi.