Page 496 - design_Topcubashov_Full_Layout 1
P. 496
Əlimərdan bəy Topçubaşov
Budur, artıq biz gәnc Hәsәn bәy Mәlik-Zәrdabini ağ
üzlә, açıq alınla müxtәlif sahәlәrdә doğma xalqına tәmәnnasız
xidmәtin daşlı-kәsәkli, lakin nәcib yolları ilә irәlilәyәn
görürük.
Bu yolda o, tәbii ki, dәf edilmәsi qeyri-mümkün görünәn,
tәk bir nәfәrin gücü, qüvvәsi xaricindә olan çәtinliklәrlә,
maneәlәrlә qarşılaşmalı idi vә qarşılaşırdı. Tez-tez özünü
xalqına açıq-aşkar düşmәn kәsilmiş canavar tәbiәtli adamların
әhatәsindә tәnha, kömәksiz görürdü. Lakin üzlәşdiyi vәziyyәt
Hәsәn bәyi qorxutmurdu. Әksinә, seçdiyi yolun düzgünlüyünә
inamını artırırdı. Xalqının tapdalanmış hüquqları uğrunda
çar hökumәti vә onun mәmurları ilә mübarizә yolunun ilk
yolçusu olmaq hissi Hәsәn bәyi bir an da tәrk etmirdi.
Xalqın tәrәfindә dayanmaqla Hәsәn bәy özünü hәmişәlik
şәxsi, maddi sәciyyәli maraq vә faydalardan mәhrum etmişdi.
Bu, onun sadә, sәmimi, tәvazökar tәbiәtinә dә tamamilә
uyğun gәlirdi. O, ali tәhsil almış ilk Qafqaz müsәlmanlarından
idi, demәli, istәdiyi tәqdirdә xidmәt pillәlәri ilә sürәtlә
496
irәlilәmәk, yaxşı mәnsәb qazanmaq imkanı vardı. Lakin
Hәsәn bәy hәyatının sonuna qәdәr özü vә ailәsi üçün
cazibәdar görünәn şәxsi maraqlardan yüksәkdә dayandı.
Xalqının hәyati әhәmiyyәtli mәnafelәrinin qorunması, onun
maariflәndirilmәsi yolunun dönmәz, tәmәnnasız yolçusu
oldu vә Azәrbaycanın yolgöstәrәninә, mayakına çevrildi.
Hәsәn bәy qarşısına qoyduğu proqramı hәyata keçirmәk
üçün işıqucu gördüyü hәr yerә baş vurdu.
1865-ci ildәn 1907-ci ilә, yәni ömrünün sonuna qәdәrki
bütün fәaliyyәti dövründә Hәsәn bәy mәhz hәmin prinsiplә
hәrәkәt etmişdi.
Hәsәn bәy Mәlik-Zәrdabinin doğma xalqına xidmәtinin
bütün mәrhәlәlәri söz açılan proqramda öz әksini tapmışdı.
Fәaliyyәtinin ilk mәrhәlәsindә biz onu Zaqafqaziyada
torpaqların mәrzlәnmәsi vә kәndlilәrin torpaq mülkiyyәti
ilә bağlı meydana çıxan mübahisәlәrin hәlli mәqsәdilә
yaradılmış Tiflis Torpaq Palatasında görürük. Hәlә universitetdә