Page 495 - design_Topcubashov_Full_Layout 1
P. 495
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
da prosesә ciddi tәkan vermişdi. Hәmin dövrdә gündәlikdә
dayanan, cәmiyyәtdә vә mәtbuatda qızğın müzakirә olunan
xalq tәhsili, xalqın zehni vә iqtisadi tәlәblәrinin daha dolğun
ödәnilmәsi, bütünlükdә milli şüurun dirçәldilmәsi kimi
mәsәlәlәr tәbiәtәn böyük istedada vә hәssas qәlbә malik
Hәsәn bәyә son dәrәcә ciddi tәsir etmişdi. Hәlә gimnaziyanın
son siniflәrindә oxuyarkәn o, Kür üzәrindәki doğma Zәrdab
kәndindә yaşayış vә mәişәtlәri ilә yaxından tanış olmağa
imkan tapdığı kәndlilәrin güzәranına ciddi maraq göstәrmәyә
başlamışdı. Tәlәbәlik illәrindә kәndli mәsәlәsi ilә bağlı
maraq vә diqqәti daha da artmışdı. Azadlıq ideyalarının
tәsiri altında Hәsәn bәy xalqın hüquqlarının qorunmasının,
xalq mәnafeyi uğrunda mübarizәnin coşqun tәrәfdarlarından
birinә çevrilmişdi.
O, böyük qüvvә vә ümidlәrlә geri qayıtmışdı. Özünü
bütün varlığı ilә doğma vәtәninә xidmәtә, geridә qalmış
xalqının tәrәqqi vә rifahı uğrunda mübarizәyә hәsr etmәk
istәyi ilә alışıb-yanırdı. Bu yolda Hәsәn bәyi dayandıra 495
bilәcәk heç bir maneә, özünün әsirgәyәcәyi heç bir qurban
yox idi.
Әlbәttә, hәlә mövcud şәraitin mahiyyәtinә dәrindәn
varmadığı, lakin xalq üçün faydalı olmağı qәti qәrara aldığı
ilk vaxtlarda Hәsәn bәy hәr şeydәn öncә Qafqaz idarәçiliyindә
hökm sürәn özbaşınalıq vә dәrәbәyliklә, mәhkәmәlәrdәki
qanunsuzluq vә rüşvәtxorluqla, әhalinin üzәrinә qoyulan
hәdsiz vergilәrlә, kәndlilәrin torpaq mülkiyyәti ilә bağlı
mәsәlәlәrdәki hәrc-mәrclik vә nizamsızlıqla, nәhayәt, bütün
bunların mәnbәyi olan cahillik vә hüquqsuzluqla, kütlәlәrin
mәdәni vә iqtisadi sәfalәti ilә tanış olmalı idi.
Eyni zamanda xalq mәnafeyinә atәşin bağlılıq, әdalәtin
tәntәnәsinә dәrin inam hissi 60-cı illәrdә geniş vüsәt alan
azadlıq hәrәkatının mәqsәd vә ideyaları ilә üzvi şәkildә
birlәşәrәk ona böyük qüvvә verir, müәyyәnlәşdirdiyi fәaliyyәt
proqramının hәyata keçirilmәsindә iradә vә inamını daha da
artırırdı.