Page 492 - design_Topcubashov_Full_Layout 1
P. 492
AZӘRBAYCANIN YOLGÖSTӘRӘNİ
(Sevimli övladının – “Әkinçi” qәzetinin ilk sayının 50 illiyi
münasibәti ilә Hәsәn bәy Zәrdabiyә ithaf edilir)
XIX әsrin ikinci yarısı çar Rusiyası tarixinin әn qaranlıq
dövrlәrindәn sayıla bilәr. Bir sıra “böyük islahatlar”ın (torpaq,
zemstvo, mәhkәmә, şәhәr idarәçiliyi) hәyata keçirilmәsinә
baxmayaraq, әslindә, qanunçuluq vә vәtәndaş hüquqlarının
yayılmasına tәminat vermәli olan hәmin islahatlar sayәsindә
istәr ucqarlarda, istәr mәrkәzdә hakimiyyәt daha da sәrtlәşir,
hәr şeyә şübhә ilә yanaşır, hökumәtin “möhkәm әli” daha
aydın şәkildә hiss edilirdi.
Hakimiyyәtin ayıq-sayıqlığı, cәza tәdbirlәrinin güclәn -
dirilmәsi, onsuz da, son dәrәcә mәhdud hüquqlara malik
azsaylı ictimai tәşkilatlar, habelә mәtbuat vә intellektual
hәyat üzәrindә sәrt basqılar milli ucqarlarda, xüsusәn dә
Qafqazda daha aydın nәzәrә çarpırdı. Hökumәt agentlәrinin
492
fikrincә, burada da mәrkәzdә olduğu kimi, paytaxt şәhәrlәri
ilә nisbәtәn sıx әlaqәlәrә malik ermәnilәr vә gürcülәr arasında
“cinayәt” özünә möhkәm yuva qurmuşdu.
Qafqaz әhalisinin sayca daha böyük üstünlük tәşkil edәn
vә özlәrini ümumi şәkildә “Qafqaz müsәlmanları” adlandıran
hissәsi ilk baxışdan sanki yeni, Avropa tipli “cinayәtkarlar”
sırasına daxil deyildi. Lakin onlar imperiyanın tәrkibindәki
bütün digәr xalqlarla müqayisәdә daha әvvәl, hәm dә
mәxsusәn özlәri üçün düşünülmüş “cinayәt”dә suçlu bilinәrәk
artıq çoxdan nәzarәt altına alınmışdılar. Bu “cinayәt”in adı
“panislamizm” vә “pantürkizm” idi. Hәm dә birincilәrin –
yәni ermәni vә gürcülәrin günahlarını boyunlarına qoymaq,
onları konkret “cinayәt” başında yaxalamaq, faktları aşkara
çıxarmaq vә mәhkәmә qurmaq tәlәb olunurdusa, hakim
dairәlәrin nәzәrindә müsәlmanların günahları, necә deyәrlәr,
elә yaranışdan üstlәrindә idi. Onlar mövcudluqlarına zorla
dözülәn yad ünsür kimi hәr vasitә ilә sıxışdırılırdı.