Page 487 - design_Topcubashov_Full_Layout 1
P. 487

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                                     XIV
              AZӘRBAYCANIN SÜLH NÜMAYӘNDӘLİYİNİN
                 SİYASİ MÜSTӘQİLLİK MEYİLLӘRİ VӘ
                   AZӘRBAYCANLILARIN ÜMİDLӘRİ

               Toxunduğumuz mәsәlәlәrin hamısı ilә bağlı fikirlәrimizi
           sәmimi şәkildә açıqlayaraq bütün azәrbaycanlıların
           düşüncәlәrini ifadә edirik.
               Bizi hәr şeydәn çox bir mәsәlә maraqlandırır vә Azәrbaycan
           nümayәndә heyәti hәmin mәsәlәni sülh konfransında
           aydınlaşdırmağı özünә borc sayır. Biz Parisә gәlib sülh
           konfransının işindә iştirak edәnә qәdәr nümayәndә heyәtimizin
           başına açılan olmazın oyunlar haqda danışmaq istәyirik.
               Azәrbaycan nümayәndә heyәti bu il yanvarın 20-dә
           İstanbula gәlmişdi. Fransaya isә yalnız aprelin 22-dә yetişә
           bildik. Bu üç ay әrzindә biz Parisә viza almaq üçün әbәs
           yerә әllәşib-vuruşurduq.  Yanvardan aprelә kimi Müttәfiq
           dövlәtlәrin siyasi vә texniki tәmsilçilәrinә pasport vә vizalar  487
           haqda dәfәlәrlә müraciәt etsәk dә, heç vaxt qaneedici cavab
           almamışdıq. Bunu sadәcә indiki memorandumun sülh
           konfransına nә üçün gec tәqdim olunduğunu aydınlaşdırmaq
           üçün yazırıq. Lakin gecikmәyә baxmayaraq, ümid edirik ki,
           böyük Antanta dövlәtlәri, ilk növbәdә dә sülh konfransı –
           prezident Vilsonun nәcib prinsiplәri sayәsindә siyasi mövcudluq
           hüququ qazanmış kiçik millәtlәrin bu yeganә himayәçilәri
           Qafqaz Azәrbaycanı Respublikasının gәtirdiyi bütün dәlil-
           sübutları diqqәtlә öyrәnәcәklәr.
               İnanırıq ki, sülh konfransı vә onun yaratdığı Millәtlәr
           Liqası diqqәtini bu memorandumdan әsirgәmәyәcәk,
           azәrbaycanlıların tәlәblәrini yetәrincә öyrәnib onları tәmin
           edәcәk. İnanırıq ki, azәrbaycanlıların sülhsevәr xalq olması,
           neytrallığa tam zәmanәt vermәsi, Qafqazdakı qonşuları ilә
           uzunmüddәtli vә dinc әmәkdaşlıq şәraitindәki mövcudluğa
           can atması nәzәrә alınacaqdır.
   482   483   484   485   486   487   488   489   490   491   492