Page 483 - design_Topcubashov_Full_Layout 1
P. 483
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Ermәnistan, Gürcüstan vә Dağlılar Respublikasının
konfederasiyası ola bilәr.
Qafqaz konfederativ ittifaqının tәrәfdarı olan
azәrbaycanlılar vә Şimali Qafqaz dağlıları hәmin ittifaqı
milli vә әrazi nifaqlarına son qoymaq baxımından әn münasib
forma hesab edirlәr. Biz tam әminik ki, belә bir ittifaq
şәraitindә әvvәlki münaqişәlәr öz kәskinliyini itirәcәk, ümumi
mәnafelәrә doğru istiqamәt götürәn, Qafqaz xalqlarının
hamısının rifahını nәzәrә alan düşüncә vә hәrәkәt tәrzi bütün
movcud qarşıdurmalara birdәfәlik son qoyacaq.
Әgәr qafqazlıların özlәri üçün hәlli çәtin mәsәlәlәr ortaya
çıxarsa, Millәtlәr Liqasının beynәlxalq arbitrajı kömәyә
gәlәr vә öz nüfuzlu sözü, sәylәri ilә yerli Qafqaz millәtlәrinin
birlik vә hәmrәyliyinin daha da möhkәmlәnmәsinә kömәk
edә bilәr.
483