Page 481 - design_Topcubashov_Full_Layout 1
P. 481
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
vә tәkcә elә bu faktın özü iki millәtin yolunun tamamilә
fәrqli olduğunu aydın göstәrir.
Azәrbaycanlılar ümumbәşәri tәrәqqiyә mövcud bazisin
sıçrayışsız tәkamülü prosesi, siyasi vә ictimai hәyatla, әxlaq
normaları ilә ziddiyyәt tәşkil edәn amillәrin rol oynamadığı
mәntiqi inkişafı kimi baxırlar. Ruslarla azәrbaycanlıların
fikirlәri, yaşayış tәrzlәri, milli mәnşәlәri arasındakı әsaslı
fәrqlәr dә iqlim şәraitinin, coğrafi, etnik vә tarixi amillәrin,
davranış vә din müxtәlifliyinin zәruri yekunu kimi bu baxış
müxtәlifliyindәn irәli gәlir.
Azәrbaycan vә gәlәcәk Rusiya
Deyilәnlәr gәlәcәk Rusiya dövlәti ilә münasibәtlәri hansı
müstәvidә qurmaq niyyәtimizi dә müәyyәn edir. Vahid ölkә
daxilindәki yüzillik birgә hәyatın ağrı-acıları üzәrindә
dayanmadan biz rus millәtinә öz әrazilәrindә, yeni dövlәtlәrindә
sәadәt arzulayırıq. Azәrbaycana gәldikdә isә, o, daha Rusiyanın
bir hissәsi olmaq istәmir, yalnız öz parlamentini vә hökumәtini 481
tanıyır.
Lakin eyni zamanda onu da bildirmәliyik ki, azәrbaycanlılar
bütövlükdә rus xalqı adlanan topluma sәmimi duyğularını
yetirir, Zaqafqaziyada rus hakimiyyәti dövründә, dövlәt
mәmurları da daxil olmaqla, bütün rus sakinlәrin Azәrbaycanda
necә hörmәtlә, diqqәtlә qarşılandığını, hәtta ortodoks rus
kilsәsinin dә bu ümumi diqqәtdәn kәnarda qalmadığını bir
daha yada salır.
Keçmiş Rusiyanın ümumi borclarında
Azәrbaycanın payı
Mayın 28-dә sülh konfransındakı Azәrbaycan sülh
nümayәndә heyәti prezident Vilson tәrәfindәn qәbul olunan
zaman verdiyimiz bәyanatda da bildirildiyi kimi, gәnc
Azәrbaycan Respublikası keçmiş Rusiyanın borclarının bir
hissәsini ödәmәyi öz üzәrinә götürür. Hәmin borclar köhnә