Page 480 - design_Topcubashov_Full_Layout 1
P. 480
Əlimərdan bəy Topçubaşov
Azәrbaycan әhalisi öz növbәsindә yaralı vә xәstә әsgәrlәr
üçün maddi vәsait toplamış, sәhra qospitalları tәşkil etmiş,
xüsusi ilә Bakıda vә Gәncәdә müharibәnin sahibsiz qoyduğu
uşaqlar üçün çoxlu yetimxanalar açmışdı.
Bunların hamısı könüllü şәkildә edilirdi vә azәrbaycanlılar
böyük azadlıq uğrunda birgә mübarizәyә göstәrilәn yardımı
özlәrinin borcu sayırdılar.
Keçmiş Rusiyanın bütün xalqlarını azadlıq coşqusu vә
yeni hәyatını öz müqәddәratını tәyinetmә prinsipi әsasında
qurmaq ümidlәrinin çulğaladığı bir dövrdә azәrbaycanlılar
bu mübarizәdәn kәnarda qala bilmәzdilәr. Az qala yadelli
sayılmalarına, milli hiss, dini mәnsubiyyәt vә mәdәni
ehtiyaclarının nәzәrә alınmamasına, vergi ödәmәlәri vә
qayda-qanunlara tam әmәl etmәlәri müqabilindә heç bir
hüquqa malik olmamalarına baxmayaraq, son müharibәdә
onlar Rusiya dövlәtinә etimadlarını qoruyub saxlamışdılar.
Milli varlığı tapdanan, yalnız milli mәnsubiyyәtinә görә
480 nifrәtlә yad olunan, sıxışdırılan, gündәlik vә zәruri ehtiyacları
nәzәrә alınmayan bir xalq nә qәdәr dözümlü olsa da, özünә
qarşı yönәlәn tәhqirlәri heç vaxt unutmayacaq.
Nifrәtlә xatırlanan Rusiya hakimiyyәti vә onun bәdnam
dövlәti artıq devrilib. İndi azәrbaycanlılar hәr şeydәn çox öz
ictimai vә siyasi muxtariyyәtlәri haqda düşünürlәr. Belә
şәraitdә milli hisslәrin yenidәn dirçәlmәsi Azәrbaycan xalqının
milli özünәmәxsusluğunun, mövcudluq haqqının tamamilә
aradan qaldırılmasının qarşısını almaq üçün kütlәlәrin
nәzәrindә yeganә yoldur. Yüz ilә yaxın Rusiya әsarәti altında
qalmış Azәrbaycanda hakim rus şovinistlәrinin xalqın düşüncә
tәrzini, siyasi vә mәdәni ideallarını, ruhunu dәyişmәk, onu
slavyan irqinin tәsiri altına salmaq cәhdlәri azәrbaycanlı
әhali tәrәfindәn hәr zaman barışmazlıqla qarşılanıb, hәmişә
ciddi müqavimәtlә üzlәşib. Mәnşә müxtәlifliyi xalqlarımız
arasındakı anlaşılmazlıq vә qarşılıqlı mәlumatsızlığın әsas
mәnbәyinә çevrilmişdi. Onlar bir-birini başa düşmürdülәr