Page 479 - design_Topcubashov_Full_Layout 1
P. 479
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
çıxmışdı. Şübhә vә inamsızlıq özünü hәrbi sahәdә xüsusilә
kәskin büruzә verirdi. Müsәlmanlar hәrbi qulluğa çağırılmır,
әvәzindә xüsusi vergi ödәyirdilәr. Amma bununla yanaşı,
dövlәt öz rәsmi sәnәdlәrindә hәm dә müsәlmanların sülhsevәr,
etibarlı, ziyansız vәtәndaşlar olduğunu bәyan edirdi. Aydındır
ki, çar hökumәti burnundan uzağı görmәsә dә, dövlәt hәr
dәfә tәhlükә ilә üzlәşәn mәqamlarda azәrbaycanlıların
müxtәlif könüllü şәkildә aksiyalarda iştirakını tamamilә
dana bilmәzdi.
Burada rus-yapon savaşını vә digәr hәrbi әmәliyyatları
xatırlatmaq yerinә düşәrdi. Şübhә vә inamsızlığa görә rus
ordusuna yaxın buraxılmayan azәrbaycanlılar hәmin
müharibәlәr zamanı xüsusi könüllü hissәlәr yaratmış vә
döyüşlәrdә yaxından iştirak etmişdilәr. Onların bir hissәsi
әbәdi olaraq Mancuriya çöllәrindә uyuyurlar. Azәrbaycanın
Rusiyaya yardımı bu son hәrbdә dә (Birinci Dünya müharibәsi
– Tәrc.) kifayәt qәdәr әhәmiyyәtli idi. Müharibә başlayan
kimi istisnasız olaraq azәrbaycanlılardan ibarәt iki könüllülәr 479
alayı yaradıldı. Mәşhur “Vәhşi diviziyanın” 572 tәrkibindә
vuruşan hәmin alaylar Qalitsiyada qeyri-adi qәhrәmanlıqlar
göstәrmişdilәr. Bundan әlavә, inqilaba qәdәrki rus ordusunda
bir sıra çox mühüm vә mәsuliyyәtli vәzifәlәri böyük şücaәtlәri
ilә tanınmış azәrbaycanlı generallar tuturdular. Onların
sırasında Şәrqi Prussiyanı әlә keçirmiş süvari qoşunlarının
komandanı general Xan Naxçıvanskinin 573 adını çәkmәk
olar. Azәrbaycan ordusunun indiki baş komandanı general
Mehmandarov Riqaya, almanlar üzәrinә göndәrilәn ordu
korpusuna rәhbәrlik edirdi. General Şıxlinski Rusiya ordusunun
Ali Baş Qәrargah rәisinin sәrәncamına ezam olunmuş, sonra
isә Müvәqqәti hökumәt tәrәfindәn 9-cu ordunun komandanı
tәyin edilmişdi. Üstәlik, briqada generalı Usubovun vә
müxtәlif rütbәli 200-dәn artıq zabitin adını çәkmәk olar.
Onlardan bәzilәri döyüşdә qәhrәmanlıqla hәlak olmuş, bir
çoxları göstәrdiklәri sәdaqәt vә şücaәtә görә Georgi xaçı 574
vә fәxri silahla tәltif edilmişdilәr.