Page 482 - design_Topcubashov_Full_Layout 1
P. 482
Əlimərdan bəy Topçubaşov
imperiyanın digәr hissәlәri arasında әdalәtli şәkildә
bölündükdәn sonra sülh konfransının maliyyә komissiyasının
müәyyәnlәşdirdiyi şәrtlәrә uyğun şәkildә ödәnilәcәkdir.
Qonşu respublikalarla münasibәtlәr
Azәrbaycanın qonşu Qafqaz respublikaları ilә әlaqәlәri
mәsәlәsinә gәldikdә, biz öz münasibәtimizi hәlә 1918-ci
ilin noyabrında, Azәrbaycan diplomatik heyәtinin İstanbulda
Antantanın sәlahiyyәtli komissarlığına verdiyimiz xüsusi
memorandumunda ifadә etmişik.
Digәr mәsәlәlәrlә yanaşı, memorandumda Azәrbaycan
Respublikasının belә bir istәyi dә ifadә olunmuşdu ki,
Azәrbaycan “öz dövlәt müstәqilliyini elan etmiş digәr qәdim
qonşuları – ermәnilәr, gürcülәr vә Şimali Qafqaz dağlıları
ilә vahid prinsiplәrә әsaslanan dostluq әlaqәlәri qurmağa
hazırdır. Azәrbaycanın sülh konfransındakı nümayәndә heyәti
digәr yerli Qafqaz xalqlarının bir-biri ilә müxtәlif sahәlәrlә,
482 ilk növbәdә isә iqtisadiyyatla bağlı ümumi maraqlarının
birlәşdirilmәsi mәsәlәsinә xüsusi diqqәt yetirir”.
İqtisadi vә siyasi birlik vacibdir
Bu maraq ümumiliyi o qәdәr güclü amildir ki, irq, din vә
dillәrin fәrqliliyi onun qarşısını ala bilmir. Tam tәcrid
vәziyyәtindә yaşayan bir millәtin hәyati qüvvәlәrinin normal
mövcudluq vә inkişafını tәsәvvürә gәtirmәk çox çәtindir.
Bu, Qafqazın timsalında da aydın görünür. Qara dәniz,
Xәzәr dәnizi vә Qafqaz dağları ilә hüdudlanan, coğrafi baxımdan
bütünlük tәşkil edәn Qafqaz әrazisindә istәnilәn iqtisadi vә
siyasi ittifaqın yaradılması mәqsәdәuyğun olardı. Biz hәmin
ittifaqı necә görmәk istәrdik? Fikrimizcә, Qafqaz millәtlәri
nümayәndәlәrinin ali mәclisi sülh konfransının vә Millәtlәr
Liqasının nәzarәti altında hәmin mәsәlәni hәll edә bilәr.
Azәrbaycan sülh nümayәndә heyәti belә qәnaәtdәdir ki,
ittifaqın әn yaxşı forması Qafqaz dövlәtlәrinin – Azәrbaycan,