Page 486 - design_Topcubashov_Full_Layout 1
P. 486
Əlimərdan bəy Topçubaşov
xarici qoşunlar Zaqafqaziyaya dolmuşdu. Paytaxt Bakı vә
ölkәnin bir sıra әrazilәri bolşevik hakimiyyәti altında idi.
Onlar da ağıllarına gәlәn cürbәcür kommunist eksperimentlәri
keçirib Azәrbaycanın tәbii sәrvәtlәrini talan edir, әllәrinә
düşәn hәr şeyi daşıyıb aparırdılar. Dәrәbәylik şәraitindә әn
çox әziyyәt çәkәn azәrbaycanlı әhali idi. Onları zorla Qırmızı
ordu sıralarına sәfәrbәrliyә alırdılar.
Bolşevik qoşunları artıq Kürdәmir vә Ucar dәmiryol
stansiyalarına çatmışdı. Şamaxı, Lәnkәran, Salyan vә Göyçay
şәhәrlәri tutulmuşdu, qırmızılar yenicә tәşәkkül tapan
Azәrbaycan hökumәtinin müvәqqәti iqamәtgahının yerlәşdiyi
Gәncәni (Yelizavetpol) tәhdid edirdi.
Yaxın qonşulardan – ermәni, gürcü vә Şimali Qafqaz
xalqlarından kömәk gözlәmәk olmazdı, hamısının başı öz
problemlәrinә qarışmışdı.
Belә vәziyyәtdә azәrbaycanlılar hәm dә dәniz sәmtindәn
– Hәştәrxan vә Zakaspi bolşeviklәri tәrәfindәn hәdәlәnirdi.
486 Hәlәlik mütәşәkkil ordusu olmayan ölkә rus hәrbi
birlәşmәlәrinin Qafqazı tәrk etmәsindәn sonra tamam silahsız
qalmışdı. Ermәnilәrlә gürcülәr bütün silah ehtiyatlarını
әllәrinә keçirib öz aralarında bölüşdürmüşdülәr. Hәr hansı
dövlәtlәr qrupuna daxil olmayan Azәrbaycan türk qoşunlarını
çağırmaq mәcburiyyәtindә qaldı. Türk hәrbi birliklәrinin
gәlişi azәrbaycanlıların tez bir zamanda qüvvәlәrini sәfәrbәr
edәrәk Bakı şәhәrini işğaldan qurtarmalarına imkan yaratdı.
Bakının bolşeviklәrdәn tәmizlәnmәsi zәngin neft vә balıq
sәrvәtlәri olan çoxsaylı әhalini vә mәhsuldar әrazilәri
Azәrbaycan Respublikasının hakimiyyәti altına qaytardı.
Bakı uğrunda savaş hәr iki tәrәf üçün ölüm-dirim mәsәlәsi
idi. Azәrbaycanlılar Türkiyәnin yardımına yalnız müdafiә
mәqsәdi ilә müraciәt etmişdilәr. Türkiyә dә öz növbәsindә
Azәrbaycanın daxili işlәrinә qarışmırdı. O, Qafqaz millәtlәrinin
konfederasiyasının yaradılması ideyasına xeyirxahlıqla
yanaşırdı. Antanta dövlәtlәri ilә sülh müqavilәsi imzalanan
kimi türk qoşunları Azәrbaycanı tәrk etdilәr.