Page 489 - design_Topcubashov_Full_Layout 1
P. 489

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq



                     AZӘRBAYCANLILARIN TӘLӘBİ


               Biz öz müqәddәs işimizdә sülh konfransının vә Antanta
           dövlәtlәrinin mәnәvi yardımına güvәnirik.
               Qafqazın, xüsusәn dә Azәrbaycanın fiziki, iqtisadi vә
           siyasi inkişaf yolu Rusiyanın bizә yad olan vә yuxarıda
           haqqında söz açdığımız anarxiya ilә sәciyyәlәnәn sosial vә
           siyasi hәyatından tamamilә ayrılıb. Biz bu mövqeyimizin
           müdafiә olunmasını istәyirik.
               Biz Qafqazda artıq de-fakto mövcud olan dövlәtlәrin
           tanınmasını müdafiә edirik. Onlardan biri dә müstәqil
           Azәrbaycan Respublikasıdır.
               Memoranduma belә bir inamla yekun vururuq ki,
           xalqımızın maddi qüdrәti vә mәnәvi keyfiyyәtlәri, әxlaqi
           sәrvәtlәri, әmәyә vә tәhsilә mәhәbbәti, qayda-qanuna vә
           dövlәt prinsiplәrinә hörmәti, Azәrbaycanın müstәqil Respublika
           kimi bundan sonrakı suveren mövcudluğuna әn yaxşı           489
           zәmanәtdir.
               Buna görә dә Azәrbaycan Respublikasının sülh nümayәndә
           heyәti sülh konfransının qarşısında aşağıdakı tәlәblәrin
           qoyulmasını tәvәqqe edir:

                                       I
               Sülh konfransı Qafqaz Azәrbaycanının keçmiş Rusiya
           imperiyasından ayrılmasını bәyәnsin. Azәrbaycan sәrhәdlәri
           memoranduma әlavә olunan xәritәdә göstәrilәn vә Azәrbaycan
           Xalq Respublikası adlanan tam müstәqil dövlәt kimi tanınsın.


                                      II
               Azәrbaycan Respublikası sülh nümayәndә heyәtinin
           üzvlәri sülh konfransının vә onun komissiyalarının işinә
           cәlb edilsin.
   484   485   486   487   488   489   490   491   492   493   494