Page 485 - design_Topcubashov_Full_Layout 1
P. 485
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
müsibәtlәrini dünyaya çatdırmağa öyrәşmәyiblәr. Bütün bu
dәrd vә fәlakәtlәri onlar sәslәrini çıxarmadan, mәtbuat
vasitәsilә alәmә car çәkmәdәn, millәtlәrә vә dövlәtlәrә
müraciәtlә ağlayıb-sıtqamadan öz içlәrindә çәkirlәr.
Bu vәziyyәt bir neçә baxımdan qüsur sayılmalıdır: mәhz
azәrbaycanlıların tәbiәtindәki hәmin xüsusiyyәt onların bir
sıra fәlakәtlәrinin mәnbәyinә çevrilib vә bu xalqa öz milli
simasını bütün dolğunluğu ilә göstәrmәyә imkan vermәyib.
Azәrbaycanlılar haqda Avropa vә Amerika mәtbuatında bir
sıra yalan mәlumatların geniş intişar etmәsinә dә hәmin
şәrait sәbәb olub. Azәrbaycanla bağlı ortaya atılan yanlış
fikirlәrin müәlliflәri bir sıra hallarda fantaziyalarına güc
verib, bәzi tәsadüflәrdә ictimaiyyәt arasında yaymaq iddiasında
olduqları mәsәlәyә nabәlәdliklәrini nümayiş etdirib, әksәr
vaxt isә belә materialları xalqımıza düşmәnçilik mәqsәdi
ilә, onu bilәrәkdәn nüfuzdan salmaq niyyәti ilә ictimai lәş -
diriblәr. Belә yazıların müәlliflәri siyasi korluqları vә düşmәn
mövqelәri ucbatından Azәrbaycan xalqına bacardıqları qәdәr 485
ziyan vurmaq istәyiblәr vә bu yolla öz millәtlәrinә fayda
gәtirәcәklәrini düşünüblәr.
Bolşeviklәrә qarşı türklәrin kömәyә çağırılması
Әvvәlki bölmәlәrdә azәrbaycanlıların Rusiyanın apardığı
keçmiş müharibәlәrdә iştiraklarından, habelә yaxınlarda başa
çatan müharibәyә könüllü alaylar göndәrmәlәrindәn bәhs
etmişdik.
Bolşeviklәrә qarşı mübarizәdә Türkiyә hәrbi qüvvәlәrini
kömәyә çağırdıqlarına görә azәrbaycanlıları günahlandırmaq
doğru olmazdı.
Bu addımın zәruriliyini başa düşmәk üçün hәmin dövrdә
Qafqazda, xüsusәn dә Azәrbaycanda yaranmış vәziyyәt
üzәrindә düşünmәk lazımdır.
Bu, elә bir dövr idi ki, Zaqafqaziya hökumәti tam tәnәz -
zülә uğramışdı. Rus orduları Qafqaz cәbhәsini tәrk etmişdi,