Page 488 - design_Topcubashov_Full_Layout 1
P. 488

Əlimərdan bəy Topçubaşov


                     Bu, bizdәn ötrü ideal ictimai-siyasi yaşam tәrzi olardı.
                  Uzunmüddәtli narahatlıq vә hәyәcanlardan sonra hәyatın
                  demokratik prinsiplәr әsasında mәcrasına düşdüyü indiki
                  şәraitdә özünün respublika tipli dövlәtini quran Azәrbaycana
                  hәdsiz mәhәbbәt vә sәdaqәt bütün azәrbaycanlıların şüarlarına
                  vә qәlblәrinә hakim kәsilmiş әn munis duyğudur.
                     Bu duyğular o qәdәr güclüdür ki, azәrbaycanlılar xarakter
                  etibarilә nә qәdәr sülhsevәr olsalar da, yenә әldә silah
                  ölkәlәrinin müstәqilliyini qorumağa, Azәrbaycanı yeni Rusiya
                  dövlәtinin tәrkibinә qatmağa çalışan sovet qüvvәlәrinә,
                  yaxud Rusiyanı “vahid vә bölünmәz” imperiya kimi bәrpa
                  etmәyә sәy göstәrәn dairәlәrә hәr cür müqavimәt göstәrmәyә
                  hazırdırlar.
                     Federativ Respublika, yaxud Müәssislәr Mәclisi (burada
                  ruslar mütlәq әksәriyyәt tәşkil edәcәklәr) bayrağı altında
                  meydana çıxmasından asılı olmayaraq, adı çәkilәn hökumәtlәrin
                  ikisi dә öz xüsusiyyәt vә süni quruluşları baxımından bizim
         488      üçün qәbuledilmәzdir. Onlarla hәr hansı şәkildә әlaqәli
                  olmaq bizi sadәcә özümüzә yad siyasi hәyatda yanlış yola
                  salar, anlaşılmazlıqlar yaradar, ölkәnin Rusiya hissәsi üçün
                  sәciyyәvi olan keçmiş vә indiki anarxiyaya, sağçılığa vә
                  solçuluğa rәvac verәr, bir sözlә, aradan qaldırılması hәlә
                  uzun illәr tәlәb edәn mәşum nәticәlәrә gәtirib çıxarardı.
   483   484   485   486   487   488   489   490   491   492   493