Page 484 - design_Topcubashov_Full_Layout 1
P. 484

Əlimərdan bəy Topçubaşov


                                            XIII
                     MİLLӘTLӘR LİQASI. AZӘRBAYCANLILARIN
                   MÖVQEYİ, BOLŞEVİKLӘRӘ QARŞI MÜBARİZӘ
                             ÜÇÜN TÜRKLӘRӘ MÜRACİӘT

                     Biz millәtlәrin belә yüksәk tribunasından söz demәyin
                  әhәmiyyәtini tam ciddiliyi ilә dәrk edәrәk bütün azәrbaycanlılar
                  adından Millәtlәr Liqasının ideya vә tәşәbbüslәrini
                  sәmimiyyәtlә salamlayırıq. Әsla şübhә etmirik ki, başqa
                  millәtlәrlә yanaşı, azәrbaycanlılar da Liqanın fәaliyyәtinә
                  yaxından qoşulacaq, millәtlәrin sülhün bәrqәrar olunmasına
                  yönәlmiş sәylәrini tam şәkildә bölüşdürәcәk vә öz imkanları
                  daxilindә bu mühüm tәşkilatın bәşәriyyәtin rifahına xidmәt
                  göstәrәn nәcib işindә iştirak edәcәkdir.
                     Biz әminik ki, azәrbaycanlılar bu beynәlxalq orqanda
                  yüksәk әdalәt vә әxlaq nümunәsi ilә qarşılaşacaq, Millәtlәr
                  Liqasının simasında, yuxarıda da qeyd edildiyi kimi, müstәqil
         484      siyasi mövcudluq üçün maddi vә mәnәvi sәrvәtlәrә malik
                  olan bir xalqın hüquqlarının müdafiәçisini görәcәk.

                     Azәrbaycanlıların vәziyyәti
                     vә onların gәlәcәyinin sәciyyәsi
                     Bu, bir hәqiqәtdir ki, milyonlarla azәrbaycanlı indiyә
                  qәdәr az tanınır, onların etnoqrafiyası, tarixi, әdәbiyyatı, hә -
                  yat tәrzi  bu günәdәk ciddi araşdırma mövzusu olmayıb. Bu
                  da hәqiqәtdir ki, hәmin vәziyyәtin әsl günahkarı Azә r bay -
                  canda yüz il ağalıq etmiş rus rejimidir. Bu rejim hәr vasitә
                  ilә xalqımızı ruslaşdırmağa, onu milli xarakterdәn mәhrum
                  etmәyә çalışırdı.
                     Digәr tәrәfdәn, azәrbaycanlılarıın sәciyyәvi xüsusiyyәti
                  olan hәdsiz tәvazökarlıq millәtimizi hәmişә özünüreklama
                  doğru atıla bilәcәk hәr bir addımdan saxlayıb. Azәrbaycanlılar
                  özlәrini gözә soxmağa, başqaları ilә müqayisәdә paylarına
                  daha çox düşәn dәrd vә fәlakәtlәr haqda uca sәslә danışmağa,
   479   480   481   482   483   484   485   486   487   488   489