Page 478 - design_Topcubashov_Full_Layout 1
P. 478

Əlimərdan bəy Topçubaşov


                                            XII
                          AZӘRBAYCANIN MÜSTӘQİL SİYASİ
                                MÖVCUDLUQ HÜQUQU.
                            QAFQAZ RESPUBLİKALARI İLӘ
                                    MÜNASİBӘTLӘR

                     İctimai vә siyasi muxtariyyәt hüququ
                     Azәrbaycanın maddi sәrvәtlәri vә intellektual qüvvәlәri,
                  ölkәnin iqtisadi baxımdan әlverişli mövqeyi, onun Avropa
                  bazarlarını Qafqaz, Türküstan, Xivә, Buxara, İran, Әfqanıstan,
                  Mәrkәzi Asiya vә Hindistanla birlәşdirәn tranzit yolunun
                  üzәrindә yerlәşmәsi, әhalisinin zәhmәtsevәrliyi, müxtәlif
                  peşә vә sәnәtlәrdә qabiliyyәti, sivilizasiya vә ictimai tәrәqqiyә
                  mәhәbbәti nәticәsindә öz xalqının milli vә siyasi azadlıqlarına
                  nail olması vә bütün bunların mәntiqi yekunu kimi bir il
                  әrzindә möhkәm dövlәt qurması – yuxarıda sadalananlar,
                  şübhәsiz, millәtlәrin öz müqәddәratını tәyin etmәsi hüququnun
         478      şәrtlәrinә vә prezident Vilsonun tәlәblәrinә tam uyğun gәlir.
                  Vә bu nailiyyәtlәrimiz bizә Qafqaz azәrbaycanlılarının da
                  digәr azsaylı xalqlar kimi, Antanta dövlәtlәri tәrәfindәn sülh
                  konfransında elan olunmuş azadlıq vә milli müstәqillik
                  hüquqlarına ixtiyarlarının çatdığını düşünmәyә әsas verir.
                  Deyilәnlәri daha aydın şәrh etmәk üçün, tәbii olaraq, iki
                  suala da cavab tapmaq zәrurәti yaranır:
                     1. Son vaxtlara qәdәr Rusiya imperiyasının bir hissәsi
                  olmuş Azәrbaycan Rusiyanın keçmiş vә indiki tәәhhüdlәrinә
                  necә münasibәt bәslәyir?
                     2. Azәrbaycanın öz qonşuları – digәr Qafqaz respublikaları
                  ilә münasibәti necә qurulmalıdır?


                     Köhnә Rusiya ilә münasibәtlәr
                     Biz çar hökumәtinin Azәrbaycan әhalisinә münasibәtdә
                  rәftarı barәdә yuxarıda söz açmışdıq. Hökumәtin ruslaşdırma
                  siyasәti azәrbaycanlılara inamsızlığın nәticәsi kimi meydana
   473   474   475   476   477   478   479   480   481   482   483