Page 474 - design_Topcubashov_Full_Layout 1
P. 474
Əlimərdan bəy Topçubaşov
müxtәlif növ dәnli bitkilәr üçün ayrılıb. Bu torpaqlardan
toplanan taxıl mәhsulları Azәrbaycan әhalisinin çörәyә olan
tәlәbatını tam şәkildә ödәyir.
Biyan
Azәrbaycanın yuxarıda adlarını çәkdiyimiz bir sıra
әrazilәrindә hәr il çoxlu biyan kökü çıxarılır. Bu mәhsulun
yarıdan çoxu Qәrbi Avropaya vә Amerikaya ixrac edilir,
qalan hissәsi isә Rusiyaya aparılırdı.
Cins heyvandarlıq
Әvvәlki dövrlәrdә milli tәsәrrüfatın mühüm sahәlәrindәn
olan heyvandarlığın mәhsuldarlığı indi Rusiyada yaranmış
әlverişsiz şәrait nәticәsindә aşağı düşüb. Hәtta bu әlverişsiz
şәraitә baxmayaraq, Rusiya statistikasının mәlumatına görә,
Azәrbaycanda iribuynuzlu mal-qaranın sayı 1000000, atların
sayı 150000, camışların sayı 300000, dәvәlәrin sayı 12000,
474 qoyunların vә keçilәrin sayı 1600000-ә çatırdı.
Neft yataqları ilә yanaşı, Azәrbaycanın әrazisi bir sıra
digәr tәbii sәrvәtlәrlә dә zәngindir. Lakin tәәssüf ki, indiyә
qәdәr yalnız az sayda faydalı qazıntı yataqları istifadәyә
verilib. Bir neçә metalәritmә zavodunda hәr il 300 000 puda
qәdәr mis istehsal edilir.
Azәrbaycan әrazisindә hәmçinin dәmir, sulfat, әhәng,
gümüş, maqnezium, kobalt vә s. yataqları mövcuddur. Ölkә
mineral su, xüsusәn dә sulfatlı vә kobaltlı sularla zәngindir.
Azәrbaycanda hәmçinin geniş meşәlәr dә var.
Yalnız kәndlәrdә deyil, şәhәrlәrdә dә daşınmaz әmlak,
әsasәn, azәrbaycanlılara mәxsusdur vә demәk olar ki, bütün
sәnaye vә istehsal sahәlәri onların әlindә cәmlәşib. Bakı
şәhәri әn mühüm mәrkәz – İran vә Mәrkәzi Asiya ilә
tranzitin әsas nöqtәsidir. Şübhәsiz, bütün yuxarıda sadalanan
sahәlәrdәn әldә olunan qazanc da dövlәtin illik gәlirinin
әsasını tәşkil edir. Әgәr biz qazanc mәnbәlәrinә gәlir vergisi