Page 472 - design_Topcubashov_Full_Layout 1
P. 472
Əlimərdan bəy Topçubaşov
XI
AZӘRBAYCANIN TӘBİİ SӘRVӘTLӘRİ
Azәrbaycanın әrazisi tәbii sәrvәtlәrlә o dәrәcәdә zәngindir
ki, әmin-amanlıq şәraitindә gәnc Respublika dövlәtini
qurmağa vә әhalisini öz mәhsulları ilә tam şәkildә tәmin
etmәyә qadirdir.
Neft
Dövlәtin illik gәlirini tәşkil edәn sahәlәr içәrisindә
Bakının neft istehsalı ilk yeri tutur. Azәrbaycan paytaxtı öz
nefti ilә bütün dünyada şöhrәt qazanıb.
Neftli torpaqlarımızın ümumi sahәsi 1500 desyatindәn
çoxdur. İndiki neft sәnayesi sadәcә mövcud mәdәnlәrin
istismarı nәticәsindә hәr il 550 milyon puddan 600 milyon
puda qәdәr neft verir. Bu da Pensilvaniya vә Limada çıxarılan
neftin ümumi miqdarından 50 faiz çoxdur.
472 Hәmin neftin mühüm hissәsi Azәrbaycan dövlәtinin
ixtiyarında olan әrazilәrdәn hasil edilir. Neftli torpaqlar Bakı
regionundan başqa, Şamaxı, Cavad bölgәlәrindә dә mövcuddur.
Lakin burada neft istismarı müәyyәn çәtinliklәrlә bağlı
olduğundan hәmin әrazilәr hәlәlik dövlәt ehtiyatı kimi
toxunulmaz saxlanılmaqdadır. İstehsal olunan neftin 76 faizi
dövlәt torpaqlarından çıxarılır. Bakının yüzdәn çox zavodunda
230 milyon puddan çox neft emal olunurdu. Hazır mәhsulun
70 milyon pudu Mәrkәzi Rusiyaya, qalan 160 milyon pudu
isә Avropaya ixrac edilirdi. Avropaya ixrac olunan bütün
neft mәhsullarının üçdәbir hissәsi Bakının payına düşür.
Әgәr biz bura neftdәn alınan vә әsas ixrac mәhsullarını
tәşkil edәn yüz milyon pudlarla digәr mәhsulları, habelә on
milyonlarla pud alışqan mayelәri (benzin, benzolin, ağır
neft, sürtkü yağları vә s.) әlavә etsәk, bu sahәnin dövlәt
büdcәsi üçün nә qәdәr vacib vә әhәmiyyәtli olduğu aydınlaşar.
Azәrbaycan hökumәti tәrәfindәn neftdәn alınan qeyri-