Page 470 - design_Topcubashov_Full_Layout 1
P. 470
Əlimərdan bəy Topçubaşov
X
AZӘRBAYCAN RESPUBLİKASININ ӘRAZİSİ VӘ
ӘHALİSİNİN SAYI
Әrazi
Tәqdim olunmuş memoranduma әlavәdә әrazinin sahәsi,
Respublikanın sәrhәdlәri vә әhalisi haqqında dәqiq statistik
mәlumatlar verilib.
Memoranduma әlavә edilәn xәritәdәn dә göründüyü
kimi, indi Respublika hökumәtinin tabeliyindәki әrazi şәrqdә
Xәzәr dәnizi, şimalda Dağıstan, Şimali Qafqaz vә Gürcüstan,
qәrbdә Gürcüstan vә Ermәnistan, cәnubda İranla hәmsәrhәddir.
Azәrbaycan Respublikası hökumәtinin hәqiqi hakimiyyәti
altındakı әrazi 83278,66 kv. verst, yaxud 94137,38 kv. km-
dir. Bu, bütün Zaqafqaziyanın 217408 kv. verst, yaxud
247376,15 kv. km olan ümumi әrazisinin 39 faizini tәşkil
edir.
470 Әgәr hәlәlik Azәrbaycanın hakimiyyәtinin yayılmadığı
әrazilәri dә bura әlavә etsәk, onda Respublikanın ümumi
әrazisi 132003,25 kv. verst, yaxud 150184,88 kv. km olar ki,
bu da bütün Zaqafqaziyanın әrazisinin 60 faizini tәşkil edir.
Әhali
Azәrbaycan Respublikası әhalisinin sayı yuxarıda göstәrilәn
әrazilәrә müvafiqdir. Әhalinin sayı haqqındakı mәlumatlar
Rusiya imperiyasının rәsmi statistikasından götürülüb. Bu
mәlumatlar, bir qayda olaraq, qeyri-dәqiqliyi ilә seçilir vә
bütünlükdә çox әvvәllәr çap olunub.
Rusiyada әhalinin axırıncı siyahıya alınması 1897-ci ildә
keçirilib. Tәәssüf ki, biz dә hәmin siyahıyaalmanın
nәticәlәrindәn istifadә etmәli oluruq, lakin daha dәqiq
nәticәlәr әldә etmәk üçün aradan keçәn iyirmi il müddәtindә
Azәrbaycan әhalisinin sayını 25% artırırıq. Әgәr bütün
Zaqafqaziya әrazisindә hәr iki cinsdәn ibarәt әhalinin sayını