Page 467 - design_Topcubashov_Full_Layout 1
P. 467

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                                     IX
               AZӘRBAYCAN RESPUBLİKASININ ӘRAZİSİ


               Müxtәlif inzibati bölgülәr
               Qafqaz Azәrbaycanı öz müstәqilliklәrini 1813–1828-ci
           ilә qәdәr qoruyub saxlamış yuxarıda adları çәkdiyimiz
           xanlıqların әrazisini әhatә edir. Rus hakimiyyәti dövründә
           Qafqazın digәr yerlәri kimi,  Azәrbaycan da hökumәtin
           mәnafeyinә uyğun şәkildә quberniyalara, vilayәtlәrә (oblast),
           sonuncular isә öz növbәsindә qәzalara (uyezd) bölünmüşdü.
               Qafqaz  Azәrbaycanını formalaşdıran inzibati bölgü
           aşağıdakı şәkildәdir:
               1. Bakı quberniyası. Bura bütün Bakı şәhәri, habelә
           Cavad, Göyçay, Şamaxı, Quba, Lәnkәran qәzaları daxildir.
               2. Yelizavetpol (Gәncә) quberniyası. Bura Gәncә, Cavanşir,
           Nuxa, Әrәş, Şuşa, Cәbrayıl, Zәngәzur vә Qazax qәzaları
           daxildir. Gәncә quberniyasının dağlıq hissәsi Azәrbaycanla
                                                                       467
           Ermәnistan arasında mübahisә obyekti olaraq qalır.
               3. İrәvan quberniyası. Bura Naxçıvan, Şәrur-Dәrәlәyәz,
           Sürmәli qәzaları, habelә Yeni Bәyazid, Eçmiәdzin, İrәvan
           vә Aleksandropol qәzalarının bir hissәsi daxildir.
               4. Tiflis quberniyasında Borçalı, Tiflis vә Sığnaq qәzalarının
           müәyyәn hissәsi dә Azәrbaycan әrazisidir.
               5. Zaqatala qәzası.
               6. Dağıstan regionunda Kürә vә Samur nahiyәlәrini әhatә
           edәn әrazinin bir hissәsi, habelә Dәrbәnd şәhәri vә onun
           әtrafı da daxil olmaqla, Qaytaq-Tabasaran qәzasının bir
           hissәsi.
               7. Yuxarıda adı çәkilәn İrәvan vә Tiflis quberniyalarında,
           habelә Zaqatala qәzasında mәnsubluğu  Azәrbaycan,
           Ermәnistan, Gürcüstan vә Şimali Qafqaz respublikaları
           arasında iddialar doğuran sahәcә çox kiçik әrazilәr dә
           mövcuddur.
   462   463   464   465   466   467   468   469   470   471   472