Page 465 - design_Topcubashov_Full_Layout 1
P. 465

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


                                     VIII
              AZӘRBAYCAN HÖKUMӘTİ BOLŞEVİKLӘRİN
             BӘRBAD HALA SALDIQLARI ÖLKӘDӘ QAYDA-
                          QANUNU BӘRPA EDİR.

                       AZӘRBAYCAN PARLAMENTİ


               Bәrpa
               Bakının azad olunması Azәrbaycan hökumәtinә ölkәdә
           qayda-qanunu daha mәqsәdyönlü vә asan şәkildә bәrpa
           etmәk imkanı verdi. Әn vacib problem qanunvericilik
           orqanlarının işini yenidәn qurmaq idi. Çünki siyasi vә hәrbi
           özbaşınalıqlar nәticәsindә  Azәrbaycan Milli Şurasının
           iclaslarının keçirilmәsi dayandırılmışdı. Tәbii ki, bu da öz
           növbәsindә Müәssislәr Mәclisi çağırmağa imkan vermirdi.
               Bu arada barışığın әldә edilmәsi Azәrbaycan hökumәtinә
           özünün bütün qüvvәlәrini dinc quruculuq işlәrinә yönәltmәyә
           şәrait yaradırdı.                                           465


               Müttәfiq qoşunlar Bakıda
               Qarşıda duran ilk vәzifә İranın Әnzәli şәhәrinә rәsmi
           nümayәndә heyәti göndәrib, Müttәfiq qoşunların baş
           komandanı, ingilis generalı Tomsonla danışıqlara başlamaq
           vә bu hәrbi qüvvәlәrin Bakıya gәlmәsini xahiş etmәk idi.
           Hәmin iş 1918-ci il noyabrın 17-dә hәyata keçirildi. Müttәfiq
           qoşunlarını tәmsil edәn generalın şәrәfinә tәntәnәli rәsmi
           keçid düzәldildi. O, hökumәt nümayәndәlәri tәrәfindәn qәbul
           edildi.  Aradan az keçmәmiş general  Tomsonun bәyanatı
           yayıldı. Bәyanatda Müttәfiq qoşunların gәlişindәn söz açılır
           vә bildirilirdi ki, onların yalnız bir mәqsәdi var, bu da
           Azәrbaycan әrazisinin vә cәmiyyәtinin müxtәlif hissәlәri
           arasında sülhü bәrpa etmәkdir. General  Tomson hәmin
           gündәn etibarәn bütün sakinlәrә  Azәrbaycan hökumәtinә
           tabe olmağın zәruriliyini bildirdi.
   460   461   462   463   464   465   466   467   468   469   470