Page 461 - design_Topcubashov_Full_Layout 1
P. 461

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           millәtçilәrinin (bolşeviklәrin) qәddarlıqlarından, dәhşәtli
           әmәllәrindәn xilas olmağın başqa yolu yox idi.
               Heç şübhәsiz ki, azәrbaycanlıları – Bakının hәqiqi
           sahiblәrini öz doğma şәhәrlәrindәn didәrgin salmaq, ölkәnin
           bütün tәbii sәrvәtlәrini әlә keçirmәk vә bu yerlәrdә ağalıq
           etmәk ideyası ermәnilәrin millәtçi planlarının әsas hissәsini
           tәşkil edirdi.
               Bütün sәrsәmliyinә baxmayaraq, hәqiqәtәn dә, belә bir
           plan mövcud idi vә onun hәyata keçirilmәsi istiqamәtindә
           ciddi fәaliyyәt göstәrilmişdi.
               Müsәlmanlara qarşı vәhşiliklәr törәdilmәsindә Ermәni
           Milli Şurası (Bakı bölmәsi) tәrәfindәn idarә olunan ermәni
           hәrbi birlәşmәlәri dә iştirak etmişdilәr.
                                                        569
               Bu qoşunlar bәdnam ad çıxarmış Amazasp , Stepan
           Lalayan 570  vә b. rәhbәrliyi altında vuruşurdu. Onlar şәraitin
           tәlәblәrindәn yararlanıb özlәrini Qırmızı orduya mәxsus
           bolşeviklәr kimi qәlәmә verirdilәr.
               Lakin bununla belә, ermәni alayları da daxil olmaqla,   461
           bütün milli hәrbi birlәşmәlәrin Qırmızı ordunun sıralarına
           daxil edilmәsi, habelә onların hamısının Bakını vә әtraf
           rayonları tәrk etmәsi әmri verilәndә ermәni әsgәrlәri artıq
           torpağın ayaqları altından qaçmaqda olduğunu başa düşüb
           hәyәcanlandılar. Hәmin vaxtdan sonra biz ermәnilәr arasında
           Bakının hәqiqi bolşeviklәrinә necә vәhşi bir nifrәt bәslәndiyinin
           şahidi olduq. Sonuncular tezliklә Bakıda bütün hakimiyyәti
           zorla әlә keçirәn ermәnilәr tәrәfindәn devrildilәr. Azәrbaycan
           ordusu Bakını azad edәnә qәdәr vәziyyәt bu şәkildә davam
           etdi.
   456   457   458   459   460   461   462   463   464   465   466