Page 456 - design_Topcubashov_Full_Layout 1
P. 456
Əlimərdan bəy Topçubaşov
Bakı әtrafındakı neft mәdәnlәrinin sahiblәri, habelә burada
çalışan insanlar arasında da yerlilәr üstünlük tәşkil edir.
Yerli әhalini birlәşdirәn tәkcә maddi maraq deyil, daha
çox әnәnә ümumiliyi, onları ölkә ilә bağlayan mәdәni vә
tarixi köklәrin vәhdәtidir. Bakının yaxınlığında müsәlmanların
ziyarәtgahına çevrilәn müqәddәs mәzarlar var. Bunların
sırasında hәm dә zәngin neft yataqları rayonu kimi tanınan
Bibiheybәtin 563 adını çәkmәk olar. Әhalinin Bakını iqtisadi,
zehni, dini vә siyasi mәrkәz, bir sözlә, paytaxt seçmәlәri heç
dә tәsadüfi deyil. Yeni Azәrbaycan dövlәtinin gәlәcәyi Bakı
ilә o qәdәr sıx bağlıdır ki, Cümhuriyyәtin mövcudluğunu bu
şәhәrsiz tәsәvvürә gәtirmәk imkansızdır. Bakısız Azәrbaycan
başsız bәdәnә bәnzәyir. Bütün bunlardan sonra İstanbulda
bir araya gәlәn Azәrbaycan nümayәndәlәrinin 1918-ci il
sentyabrın 12-dә Avropa sәfirliklәrinә göndәrdiklәri qәti
etirazı başa düşmәk çәtin deyil. Bu etiraz 1918-ci il sentyabrın
9-da Almaniya ilә bolşeviklәr arasında imzalanan Brest-
Litovsk müqavilәsinә әlavә maddәlәrә cavab sәciyyәsi
456
daşıyırdı. Müqavilәnin üçüncü maddәsindә deyilirdi: “Rusiya
hökumәti öz üzәrinә Bakı neft mәdәnlәrinin fәaliyyәtini
intensivlәşdirmәk vә әldә olunan mәhsulun dörddәbir hissәsini
Almaniyaya göndәrmәk barәdә öhdәlik götürür”.
Bu akt hüquqi nöqteyi-nәzәrdәn çox әsassız, qeyri-
qanuni idi, heç bir siyasi-әxlaqi bünövrәyә söykәnmirdi vә
tәbii ki, Brest-Litovsk müqavilәsinin 564 özü kimi әlavә
maddәlәri dә lәğv olunmalıdır. İstәnilәn halda Azәrbaycan
dövlәti heç vaxt vә heç vәchlә göstәrilәn әdalәtsiz aktı qәbul
etmәyәcәk. Neft istehsalının yerli tәlәbatı üstәlәmәsinә vә
Azәrbaycan dövlәtinin hәmin artıq mәhsulu hazırkı dövrdә
yanacağa ciddi ehtiyac duyan ölkәlәrә müvafiq müqavilәlәr
bağlamaq yolu ilә satmağı öhdәsinә götürmәsinә baxmayaraq,
Respublika Bakı mәdәnlәrindәki neftin açıq müdaxilә yolu
ilә istismar olunmasına heç vәchlә yol verә bilmәz. Xaricilәrin
Bakı neftinә yiyәlәnmәlәri Respublika üçün intihar demәk
olardı.