Page 459 - design_Topcubashov_Full_Layout 1
P. 459

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           sözdә belә vәdlәr verilmәsinә baxmayaraq, nәinki
           daşnaksutyun, hәtta mühafizәkar Milli Demokratik Partiya 565
           da artıq bolşeviklәrin tәrәfindә idi. Daşnaklar bu partiya ilә
           sıx әmәkdaşlıq edir, hәtta çox güman ki, ona yol göstәrirdilәr.
           Tәxminәn 7000 nәfәr ermәni әsgәr Qәrb cәbhәsindәn
           qayıtdıqdan sonra Zaqafqaziya dәmir yolunun işlәmәmәsi
           bәhanәsi ilә Bakıda saxlanılmışdı.
               Sonralar sübuta yetirildiyi kimi, bu ermәni әsgәrlәr
           Bakıdakı qanlı vәtәndaş müharibәsindә fәal iştirak etmişdilәr.
           Bolşeviklәrin hakimiyyәti әlә keçirmәk üçün qızışdırdıqları
           qarşıdurmadan Bakının ermәni liderlәri yerli azәrbaycanlı
           әhaliyә amansızcasına divan tutmaq üçün yararlandılar.
               Qanlı cinayәtlәrә sәbәb nә idi? Bolşeviklәrin hakimiyyәti
           bölüşdürmәk planları, yoxsa milli intiqam hissi? Mәlumatsızlıq
           nәticәsindә meydana çıxan nifaq duyğuları, yoxsa әrzaq
           qıtlığı? Yeganә hәqiqәt budur ki, ermәnilәr bolşevik himayәsi
           altında müsәlmanlar üzәrinә kütlәvi hücuma keçdilәr vә
           hәmin dәhşәtli günlәrdә 12000-dәn çox azәrbaycanlı qәtlә    459
           yetirildi. Öldürülәnlәrin çoxu qocalar, qadınlar vә uşaqlar
           idi.  Yәqin ki, gәlәcәk tarixçilәr bu hadisәlәr üzәrindәn
           sükutla ötüb keçmәyәcәklәr. İndiki şәraitdә isә ümidvar
           olduğumuzu bildiririk ki, digәr regionlarda yaşayan ermәnilәr
           öz soydaşlarının törәtdiklәri qanlı cinayәtlәrә haqq
           qazandırmayacaqlar.


               Ermәnilәrin tәcavüzkar hәrәkәtlәri
               Ermәnilәrin müsәlman әhaliyә qarşı әn tәcavüzkar
           hәrәkәtlәri Şamaxı bölgәsindә baş vermişdi. Müsәlmanların
           kütlәvi surәtdә mәhv edilmәsi, bәlәkdәki körpәlәrә qәdәr
           güllәlәnmәsi, yüzlәrlә azәrbaycanlı kәndinә vә qәdim
           Azәrbaycan şәhәri Şamaxıya od vurulub yandırılması aydın
           göstәrir ki, bütün bunlar yalnız ermәni fitnәkarlarının işi idi.
           Burada bolşevik barmağı yox idi.
               O da hәqiqәtdir ki, hәqiqi bolşeviklәr ermәnilәrin arxasında
           gizlәnmir, әksinә, müsәlmanlara nifrәti var qüvvәlәri ilә
   454   455   456   457   458   459   460   461   462   463   464