Page 464 - design_Topcubashov_Full_Layout 1
P. 464

Əlimərdan bəy Topçubaşov


                                            VII
                      BAKINI BOLŞEVİKLӘRDӘN XİLAS ETMӘK
                             ÜÇÜN GÖRÜLӘN TӘDBİRLӘR


                     Bakı azad edilir
                     Gәncәdә bәrqәrar olan Azәrbaycan hökumәti Bakı vә
                  çevrәsindәki müsәlmanların dәhşәtli vәziyyәtindәn xәbәrsiz
                  deyildi. Bakını tezliklә azad etmәk hökumәti әn çox düşündürәn
                  mәsәlә idi. Bu mәqsәdlә hәrbi hissәlәr tәşkil edildi, yardım
                  üçün Gürcüstana müraciәt olundu. Lakin başı öz daxili
                  problemlәrinә qarışan, ölkәdәki bolşeviklәrlә mübarizә
                  aparmaq mәcburiyyәti qarşısında qalan gürcülәr lazımi
                  yardım göstәrә bilmәdilәr. Elә bu әrәfәdә bolşevik qoşunları
                  Bakı yaxınlığında vә Göyçayda dәmir yolunu әlә keçirib
                  tezliklә Gәncәni tutmaq mәqsәdilә Kürdәmirә doğru
                  irәlilәmәyә başladı.

         464         Türkiyәdәn kömәk
                     Digәr müsәlman ölkәlәrindәn heç bir yardım almağa
                  ümid qalmadığı, Bakı faciәsinin tәkrarlanmaq tәhlükәsinin
                  meydana çıxdığı çәtin vәziyyәtdә  Azәrbaycan hökumәti
                  asayişini tәmin etmәyә borclu olduğu xalqı qırğına
                  vermәmәkdәn ötrü türklәri kömәyә çağırmaqdan başqa yol
                  görmәdi. Onların hәrbi yardımı sayәsindә  Azәrbaycan
                  hökumәtinin qurduğu ordu ilk növbәdә dәmir yolunu azad
                  etdi. Sonra Şamaxını bolşeviklәrdәn tәmizlәyib Bakını
                  mühasirәyә aldı. İki ay sonra şәhәr Azәrbaycan qoşunları
                  tәrәfindәn azad edildi.
   459   460   461   462   463   464   465   466   467   468   469