Page 468 - design_Topcubashov_Full_Layout 1
P. 468
Əlimərdan bəy Topçubaşov
Dağıstan quberniyasının azәrbaycanlı әhalisi hәmişә
Azәrbaycana birlәşmәk meylindә olub. Hәmin regionun
iqtisadi mәnafelәri Quba vә Bakı şәhәrlәri ilә elә sıx şәkildә
bağlıdır ki, Dağıstanı hәmin siyasi vә iqtisadi әlaqәlәrdәn
kәnarda tәsәvvürә gәtirmәk qeyri-mümkündür. Yerli әhali
Azәrbaycan dövlәtinә çoxsaylı vәtәndaşların imzaladığı
petisiyalar göndәrir vә Sulak çayı boyunca Dağıstanın
Azәrbaycana birlәşdirilmәsini tәlәb edir.
Әlbәttә, Azәrbaycan hökumәti taleyi onun öz taleyi ilә
sıx bağlı olan vә bir-birinә qaynayıb-qovuşan qan qardaşlarının
haqlı tәlәblәrini eşitmәzliyә vura bilmәz. Azәrbaycan hökumәti
iki ölkәni birlәşdirәn qardaşlıq hisslәrinin siyasi vә iqtisadi
tәşkilatlanma baxımından xüsusi diqqәt tәlәb edәn mәsәlә
olduğunu nәzәrә alaraq, Dağıstanın iradәsinә hörmәtlә
yanaşmağı özünә borc bilir.
Belәliklә, gündәliyә çıxarılan bütün әrazi vә sәrhәd
mәsәlәlәri, habelә Dağıstanın siyasi taleyi ilә bağlı problemlәr
468 Şimali Qafqaz Respublikası ilә ümumi razılıq nәticәsindә
hәll edilә bilәr.
Respublikanın Batum vә Qars әyalәtlәri
Adları çәkilәn qәza vә әyalәtlәrdәn başqa, Azәrbaycan
Respublikası Tiflis quberniyasındakı Axalsıx qәzasını, Batum,
xüsusәn dә Qars әyalәtlәrini öz әrazisinә daxil etmәyә haqqı
olduğuna inanır. Bu әrazilәrin, xüsusәn dә Qars әtrafındakı
bölgәlәrin sakinlәri azәrbaycanlılarla eyni etnik qrupa
daxildirlәr, onların dini, adәt-әnәnәlәri, xüsusiyyәtlәri, yaşayış
tәrzlәri vә mәişәtlәri Azәrbaycanın qalan hissәlәri ilә tam
eyniyyәt tәşkil edir. Bütün bunlardan sonra hәmin әrazidә
yaşayan müsәlmanların dәfәlәrlә Azәrbaycan hökumәtinә
Qars әtrafının Respublikanın tәrkibinә qatılması tәklifi ilә
tәkidli müraciәtlәrini başa düşmәk asandır. Türk hәrbi
qüvvәlәri ölkәmizdәn çıxdıqdan, hәmin bölgәlәrin yerli
hökumәt vә parlamentlәri Müttәfiq qoşunlar komandanlığının