Page 469 - design_Topcubashov_Full_Layout 1
P. 469
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
nümayәndәlәri tәrәfindәn buraxıldıqdan, әrazi qonşu
respublikalar – Ermәnistan (Qars) vә Gürcüstan (Әrdәhan)
arasında bölüşdürüldükdәn sonra yerli müsәlman әhali
tәrәfindәn edilәn bu tipli müraciәtlәr xüsusilә güclәnmişdir.
Bu bölgünü özbaşınalıq sayan Azәrbaycan hökumәti
yerli әhalinin milli vә dini hisslәrini tapdalayan әdalәtsizliyә
qәtiyyәtlә etiraz edir vә bildirir ki, adıçәkilәn әrazilәrin
әhalisi qonşu respublikaların hakimiyyәtini tanımaqdan
birmәnalı şәkildә boyun qaçırıb. Yuxarıda qeyd olunduğu
kimi, onlar әrazinin Azәrbaycan Respublikasının tәrkibinә
qatılmasını israrla xahiş edir.
Bu faktlar bizim Respublikanı belә bir bәyanat
sәslәndirmәyә vadar edir ki, Batum vә Qars әyalәtlәrinin,
habelә Axalsıx qәzasının әhalisi gәlәcәk müqәddәratını özü
istәdiyi şәkildә müәyyәn etmәlidirlәr. Bizim nöqteyi-
nәzәrimizә gәldikdә isә hәmin әrazilәrdә yeni bir müstәqil
Respublikanın yaradılması mәsәlәnin әn yaxşı çözümü olar,
regionun maraq vә mәnafelәri ilә bağlı problemlәri yoluna 469
qoyardı.
İstәrdik ki, mәsәlәnin müsbәt hәllini tapmayacağı tәqdirdә
Azәrbaycanın öz tәlәblәrini dәnizә çıxışı olan dövlәtlәrә
daha tәkidlә çatdırmağa xüsusi hüququ olduğu tәsbit edilsin.
Biz bu barәdә “Azәrbaycanın iqtisadi vә maliyyә vәziyyәti”
adlı әlavәdә geniş söz açacağıq.
Yerli әhalisinin istәklәrinin müdafiәçisi olan Azәrbaycan
Respublikası öz qonşusuna – Gürcüstan Respublikasına
dostluq duyğularını bildirmәklә iki dövlәt arasındakı sәrhәd
vә әrazi mәsәlәsinin referendum yolu ilә müzakirәsi vә hәlli
tәklifini irәli sürmәk istәrdi.