Page 466 - design_Topcubashov_Full_Layout 1
P. 466
Əlimərdan bəy Topçubaşov
Parlament
Bundan әvvәl (yanlışdır, әslindә “sonra” olmalıdır. Müttәfiq
qoşunları Bakıya 1918-ci il noyabrın 17-dә daxil olmuş,
Parlamentin tәntәnәli açılışı isә dekabrın 7-dә keçirilmişdi –
Tәrc.) Müәssislәr Mәclisini әvәz edәn Azәrbaycan Parlamenti
çağırıldı. O, milli azlıqların nümayәndәlәri dә daxil olmaqla,
ümumi sәsvermә yolu ilә seçilmişdi.
Parlamentdә әksәriyyәt tәşkil edәn müsәlmanlardan başqa,
21 ermәni, 10 rus deputat, habelә polyak, yәhudi vә ölkәdәki
digәr azlıqların nümayәndәlәri dә tәmsil olunmuşdu. Azәrbaycan
Parlamenti 120 üzvdәn ibarәt idi. Parlamentin qanunvericilik
sahәsindә, habelә idarәçilik fәaliyyәti baxımından çox geniş
hüquqları vardı. Bu hüquqlar sırasına hökumәtә sorğular
vermәk vә nazirlәrdәn hesabat tәlәb etmәk dә daxil idi.
Parlament hәmçinin dövlәtin әsas qanunlarını qәbul etmәli
olan Müәssislәr Mәclisini çağıra bilәrdi.
Parlamentin Müәssislәr Mәclisi çağırılana qәdәr Baş
nazir seçmәk vә ona hökumәtin tәşkilini tapşırmaq sәlahiyyәti
466
dә vardı. Parlamentin deputatları arasında digәr millәtlәrin
tәmsilçilәri dә olduğundan ermәni vә rusların nümayәndәlәrinin
dә Nazirlәr Şurasına daxil edilmәsi nәzәrdә tutulmuşdu.
Xarici İşlәr Nazirliyi dә daxil olmaqla, bütün nazirliklәrin,
habelә inzibati, hüquqi, maliyyә, maarif, rabitә vә s.
sahәlәrindәki dövlәt institutlarının hamısının fәaliyyәti
Parlamentin nәzarәti altında hәyata keçirilmәli idi. Әksәriyyәti
yerli azәrbaycanlılardan ibarәt olan vә hәrbi xidmәtin bütün
sahәlәrini әhatә edәn 50 min nәfәrlik son dәrәcә mütәşәkkil
nizami orduya malik hәrbi nazirlik dә Parlamentin nәzarәtinә
verilmişdi.
Azәrbaycan Respublikasının hazırda fәaliyyәt göstәrәn
sülh nümayәndә heyәtinin yaradılması vә onun ölkәnin
mәnafelәrini qorumaq, xüsusәn dә Azәrbaycanın digәr
dövlәtlәr tәrәfindәn tanınmasını tәmin etmәk üçün Parisә
göndәrilmәsi haqqındakı qәrarı da Parlament tәrәfindәn
qәbul olunmuşdu.