Page 462 - design_Topcubashov_Full_Layout 1
P. 462

Əlimərdan bəy Topçubaşov


                                            VI
                        BOLŞEVİKLӘRİN AZӘRBAYCANDAKI
                                     QURBANLARI.
                        BOLŞEVİKLӘR HAKİMİYYӘTİ ZORLA
                                   ӘLӘ KEÇİRİRLӘR

                     Qanlı fitnәkarlıqların davamı
                     12 mindәn çox müsәlman martın 18–22-dә ermәnilәrin
                  törәtdiyi qanlı cinayәtlәrin qurbanı olmuşdu. Yanğın nәticәsindә
                  xalqın mәdәni-mәnәvi hәyatında mühüm yer tutan bir sıra
                  siyasi vә zehni mәrkәzlәr yer üzündәn silinmiş vә dağıdılmışdı.
                  Bunların sırasında Xalq Evini, Müsәlman Xeyriyyә Cәmiy -
                  yәtinin binasını, siyasi partiyaların iqamәtgahlarını, müsәlman
                  qәzetlәrinin redaksiyalarını (rusca çıxan “Kaspi”, azәrbaycanca
                                   571
                  çıxan “Açıq söz” ) göstәrmәk olar. Mәşhur müsәlman
                  siyasi xadimlәri hәbs edilir vә zindana atılırdı.
                     Lakin әn dәhşәtli nәticә Bakıda vә onun әtraf rayonlarında
         462      bolşevik hakimiyyәtinin güclәnmәsi idi.


                     Bolşeviklәrin hakimiyyәti altında
                     Bolşevik hakimiyyәti sivilizasiyanın bütün mövcud
                  tәzahürlәrini mәhv etmәyә başladı. Bir-birinin ardınca yeraltı
                  sәrvәtlәrin, daşınmaz әmlakın, malikanәlәrin, bağların, әkin
                  yerlәrinin vә s. ictimailәşdirildiyi elan olunurdu.
                     Bakı banklarındakı nağd vәsaitlәrin hamısı vә bütün cari
                  hesablar sovet respublikasının mülkiyyәti elan edildi.
                     Bütün әmlakın, yaşayış evlәrinin, atların, iribuynuzlu
                  heyvanların, avtomobillәrin müsadirәsi ilә kifayәtlәnmәyәn
                  bolşeviklәr daha uzağa getdilәr – әslindә, adamların özünü
                  müsadirә etmәyә başladılar: әhalinin bir hissәsi zorla ordu
                  sıralarına, qalanları isә sovet respublikasının xeyrinә icbari
                  әmәyә cәlb olundu. Bir sözlә, kommunist prinsiplәri bütün
                  amansızlığı vә әn şiddәtli cәza üsulları ilә әhaliyә tәtbiq
                  edildi. Bu prinsiplәrә uyğunlaşmaq müsәlmanlar üçün xüsusәn
   457   458   459   460   461   462   463   464   465   466   467