Page 460 - design_Topcubashov_Full_Layout 1
P. 460
Əlimərdan bəy Topçubaşov
körüklәyәn ermәni “bolşevik”lәrin qәddarlığına qarşı etiraz
sәslәrini ucaldırdılar.
Bakı komissarları sovetinin sәdri ermәni Şaumyanın 566
rәhbәrliyi altında bolşevik tәşkilatları millәtçi-şovinist
daşnakların hesabına daha da qüvvәtlәndirilirdi. Bu sonuncular
isә bolşevizm adı altında artıq yerli azәrbaycanlılarla milli
haqq-hesablarını çürütmәyә başladılar.
İstisnasız olaraq yalnız müsәlmanlara münasibәtdә tәzahür
edәn nifrәt vә qәddarlıq әhalinin qeyri-müsәlman tәbәqәlәri
vә hәqiqi bolşeviklәr tәrәfindәn әdalәtli tәnqidlә, sәrt
etirazlarla qarşılanırdı. Misal üçün, Bakı tәyyarәçilik mәktәbinin
başdan-başa ruslardan ibarәt şәxsi heyәti ermәni “bolşevik”lәrin
vәhşiliklәrindәn dәhşәtә gәldiklәrini gizlәtmәmişdilәr.
Keçmiş Rusiya ordusunun tәrkibindәki Türküstan piyada
alayı baş verәn dәhşәtli hadisәlәrә laqeyd qala bilmәmişdi.
Mart qırğını zamanı alayın Bakıda yerlәşәn әsgәr vә zabitlәri
bir polkovnikin rәhbәrliyi altında yerli müsәlmanlara qarşı
460 çevrilәn millәtçi xarakterli tәcavüzkarlıq hәrәkәtlәrinin dәrhal
dayandırılmasını tәlәb etmişdilәr. Müraciәtlәrinә әmәl
edilmәyәcәyi tәqdirdә onlar silahlarını cinayәtkarlara qarşı
çevirәcәklәrini bildirmişdilәr. “Bolşevik” ermәni tәşkilatları
adı çәkilәn alayı şәhәrdәn çıxarmağa tәlәsmiş, türküstanlı
әsgәrlәri dәrhal gәmiyә doldurub vәtәnlәrinә göndәrmәk
üçün tәdbirlәr görmüşdü.
Bir çox digәr ictimai-siyasi qurumlar kimi, bütün bolşevik
567
mәtbuatı da ermәnilәrin әlindә cәmlәşmişdi. “Bakı fәhlәsi” ,
“Bakı fәhlә, әsgәr vә matros deputatları sovetinin xәbәrlәri” 568
bu sıraya daxildir. Nәticәdә yalnız orta tәbәqә nümayәndәlәri
deyil, müsәlman ziyalıları da hәr gün tәqiblәrә mәruz
qalırdılar, onlara qarşı әks-inqilabi partiyalara mәnsubluqları
ilә bağlı ittihamlar irәli sürülürdü. Müsәlman әhalinin әmlakı
müsadirә edilirdi, bütün mümkün yollarla qarәt olunurdular.
Ona görә dә bir çox azәrbaycanlılar Bakını vә şәhәrin neft
mәdәnlәrini tәrk edәrәk qaçıb dağılışmışdılar. Ermәni