Page 455 - design_Topcubashov_Full_Layout 1
P. 455
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
IV
AZӘRBAYCAN RESPUBLİKASI HÖKUMӘTİ
VӘ ONUN PAYTAXTI BAKI ŞӘHӘRİ
Azәrbaycan hökumәti
Azәrbaycan respublikasının müstәqilliyi elan edilәn kimi
Milli Şura 12 nazirdәn ibarәt hökumәt yaratdı. Milliyyәtcә
azәrbaycanlı olan hәmin dövlәt xadimlәrinin çoxu Rusiyada
vә xaricdә universitet vә texniki institutlar bitirmiş ziyalılar
idilәr. Özünә müvәqqәti iqamәt yeri kimi Yelizavetpol
(Gәncә) şәhәrini seçәn Azәrbaycan hökumәtinin ilk addımı
Bakını vә onun civarlarını hәlә 1918-ci ilin martında şәhәri
zәbt etmiş bolşevik işğalçılarından tәmizlәmәk oldu.
Bakı – Azәrbaycanın paytaxtı
Bütün dünyada neft mәdәnlәri ilә şöhrәt tapan Bakı
Azәrbaycanın paytaxtıdır. Bu şәhәr hәtta Rusiya hakimiyyәti
dövründә dә Qafqazın müsәlman әhalisinin yalnız iqtisadi
455
deyil, hәm dә intellektual, dini vә siyasi mәrkәzi idi.
Müәyyәn әhәmiyyәtә malik bütün tәşkilatlar, o cümlәdәn
xeyriyyә cәmiyyәtlәri, sosial vә siyasi qurumlar, bir sıra
ictimai institutlar, mәtbuat orqanları mәhz Bakıda yaradılmışdı
vә indi dә burada fәaliyyәt göstәrmәkdәdir. Diqqәtәlayiq
haldır ki, әn qabaqcıl intellektual qüvvәlәr – müәllimlәr,
hәkimlәr, hüquqşünaslar, jurnalistlәr vә s. bu şәhәrdә
toplaşmışdılar.
Mәnşә etibarilә Bakı qәdim müsәlman şәhәridir vә
taleyin bütün dәyişkәnliklәrinә, keşmәkeşlәrinә baxmayaraq,
indi dә müsәlman şәhәri kimi qalmaqdadır. Onun qәdim
tarixi hissәsindә Xan Sarayı, xanların mәzarı vә әfsanәvi
Qız qalası (mәtndә “Qız qüllәsi” kimi verilib – Tәrc.) yerlәşir.
Bütün bu abidәlәr xalqın keçdiyi tarixi yolun, şәhәrin
qәdimliyinin canlı şahidlәridir.
Torpaq sahәlәri vә iri mülklәr regionun yerli sakinlәrinә
mәxsusdur vә bu vәziyyәt dәyişmәz şәkildә qalmaqdadır.