Page 450 - design_Topcubashov_Full_Layout 1
P. 450
Əlimərdan bəy Topçubaşov
II
AZӘRBAYCANIN YERLİ ӘHALİSİ, ONLARIN
KEÇMİŞ RUS İMPERİYASINA MÜNASİBӘTİ
Rusiya hakimiyyәti
Rusiyanın Qafqazdakı hakimiyyәti dövründә azәr bay -
canlılar regionun digәr xalqlarına nisbәtәn daha çox sıxıntı
vә tәqiblәrә mәruz qalmışdılar. Qonşuların – gürcü vә
ermәnilәrin milli mәktәblәri, kilsәlәri, mülkiyyәtlәri, anadilli
mәtbuatları, müxtәlif xeyriyyә cәmiyyәtlәri vә s. olduğu
halda, bütün bunlar Azәrbaycan xalqına yasaq edilmişdi.
Xüsusәn mәtbuat vә xeyriyyә cәmiyyәtlәri kimi milli-mәdәni
qurumların fәaliyyәtinә icazә isә nadir hallarda vә elә
ürәkbulandırıcı tәrzdә verilirdi ki, әxlaqi әsasdan mәhrum
olduğuna görә nәticәdә öz әhәmiyyәtini itirirdi.
Mәktәblәrdә ana dilimizin, әslindә, yasaq edilmәsini,
müsәlman din xadimlәrinin amansızcasına tәqib olunmalarını
yada salmaq kifayәtdir. Rus kilsәsinә, xristian ruhanilәrә
450
yüksәk etimad vә hörmәt göstәrәn rus dövlәti müsәlman din
adamlarına münasibәtdә nifrәt vә amansızlığını gizlәtmirdi.
Yüksәk rütbәli din xadimlәri – müfti, yaxud şeyxülislamlar
cahil, әksәrәn savadsız adamlar arasından seçilir, onlara son
dәrәcә cüzi maaş ödәnilirdi. Mәscidlәrin әmlakı sözün tam
mәnasında rus mәmurlarının ixtiyarına verilmişdi. Ortodoks
xristian ruhanilәrinin razılığı olmadığı tәqdirdә hәr hansı
mәscid tikmәk qәti qadağan idi. Sözün qısası, Mәhәmmәd
ümmәtinә fanatik damğası vuran ruslar dinlә bağlı mәsәlәlәrdә
özlәrinin müsәlmanlardan daha fanatik olduqlarını göstәrirdilәr.
İctimai tәşkilatlara gәldikdә isә yalnız onu deyә bilәrik ki,
1906-cı ildәn әvvәl belә tәşkilatların yaradılması qeyri-
mümkün idi. Yalnız 1906-cı ildә rus dövlәti Bakıda Müsәlman
Xeyriyyә Cәmiyyәtinin qurulmasına icazә verdi. Dövri
mәtbuat, kitab nәşri, teatr tamaşaları vә s. ardıcıl surәtdә vә
mәqsәdyönlü şәkildә tәqiblәrә mәruz qalır vә rus idarәçilәrin
düşmәn fәaliyyәti ilә üzlәşmәli olurdu.