Page 448 - design_Topcubashov_Full_Layout 1
P. 448
Əlimərdan bəy Topçubaşov
Rusiya imperatriçәsinin şәrәfinә “Yelizavetpol” adı verilmәsini
göstәrmәk olar). Rusiya imperiyası Azәrbaycan әrazisini
istәdiyi şәkildә qayçılayır, işğala qәdәrki siyasi azadlığın әn
kiçik tәzahürlәrini dә mәhv edirdi. Rus dövlәti silah gücünә
әlә keçirdiyi xanlıqların әhalisinin adını dәyişdirmәkdәn dә
çәkinmirdi. Etnoqrafiyanı, xalqın dilini vә әdәbiyyatını
nәzәrә almadan Azәrbaycan әhalisinә “Qafqaz tatarları”,
“Qafqaz müsәlmanları”, yaxud sadәcә olaraq, “müsәlman”
adı qoyulmuşdu.
Etnoqrafiya
Әlbәttә, haqqında danışdığımız әhali bu günә qәdәr dә
türk mәnşәli bir xalq kimi qalmaqdadır. Qafqazın, xüsusәn
dә Azәrbaycanın etnoqrafiya vә tarixinә dair әdәbiyyatın
azlığı, hәtta deyәrdik ki, yoxluğunun, elәcә dә mövcud
materialların elm alәminә namәlumluğunun labüd nәticәsi
olaraq bu millәtin etnik tәşәkkülü vә mәnşәyi haqda Rusiya
448
imperiyasının uydurduğu yalanlar rәsmi nöqteyi-nәzәr kimi
qәbul edilib. Qәdim türk-müsәlman xanlıqlarının әhalisi әsl
mәnşәlәri nәzәrә alınmadan Qafqaz tatarları kimi tanınır.
Әsl hәqiqәtdә etnik köklәrinin eyniliyi ilә yanaşı,
1
azәrbaycanlıların vә tatarların dillәri, adәtlәri, әnәnәlәri,
inamları arasında da müәyyәn yaxınlıq vardır. Bu yaxınlıq
555
hәm fransız tarixçisi Leon Kohan , hәm dә mәşhur macar
alimi A.Vamberi 556 tәrәfindәn sübuta yetirilib.
Asiyalı fateh Teymurlәngin (Teymurlәng Avropada “Topal
Teymur” mәnasını verәn “Tamerlan” adının qarşılığıdır)
Azәrbaycana yürüşündәn söz açan fransız alimi yazır: “Әsrlәr
boyu türklәrin yaşadığı bir ölkә olan Azәrbaycan könüllü
şәkildә Teymurlәngin hakimiyyәtini qәbul etdi”.
1 Burada “tatar” adı altında artıq azәrbaycanlılar deyil, Volqaboyunda,
Rusiyanın daxili quberniyalarında vә Krımda yaşayan vә Azәrbaycan türklәri
ilә eyni kökdәn olan türk әsilli әhali nәzәrdә tutulurdu. (Tәrc.)