Page 447 - design_Topcubashov_Full_Layout 1
P. 447
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
müstәqilliklәrini qoruyub saxlamaq uğrunda vuruşurdular.
Tәhlükә Rusiyadan gәlәndә mübarizә daha kәskin vә sәrt
xarakter alırdı. Rusiya imperiyası ardı-arası kәsilmәyәn
müharibәlәrlә Türkiyә vә İranın sәrhәd bütövlüyünü
zәiflәdәndәn sonra Gürcüstanı Moskvaya birlәşdirdi. Gürcülәr
bu yolla tәhlükәsizliklәrini tәmin edәcәklәrini düşünürdülәr.
Rusiya isә Zaqafqaziyanı әlә keçirmәk vә onun xalqlarını
әsarәt altına almaq niyyәtindә idi.
Xanlıqların süqutu
Azәrbaycanın tarixi qәhrәmanlıq epizodları ilә zәngindir.
Bu tarixin sәhifәlәrini çevirdikcә biz kiçik xanlıqların silaha
sarılaraq azadlıq, müstәqillik vә lәyaqәtlәrini qorumaq üçün
rus qoşunları ilә necә cәsarәtlә, qorxu bilmәdәn vuruşduqlarının
şahidi oluruq. Onlar azadlıq uğrunda doğma torpaqlarını
vәtәn oğullarının qanı ilә suvarmışdılar. Xanlıqlardan bәzilәri
müstәqilliyini XIX әsrin başlanğıcı, hәtta hәmin әsrin birinci
447
rübünün sonuna qәdәr mәrdlik vә bacarıqla qoruyub saxlaya
bilmişdilәr. Bu dövrdә qüvvәlәri tәdricәn zәiflәdiyindәn
daha güclü Rusiya ordusunun hücumlarına davam gәtirә
bilmirdilәr. 1813-cü ildә Qarabağ, Gәncә, Şәki, Şirvan,
Dәrbәnd, Quba, Bakı, Talış, 1828-ci ildә isә İrәvan vә
Naxçıvan xanlıqları ruslar tәrәfindәn işğal olundu.
Müstәqillik itirildikdәn, bölgәdә rus hakimiyyәti
güclәndikdәn vә işğal altındakı әrazilәrdә ruslaşdırma siyasәti
geniş vüsәt aldıqdan sonra tәdricәn xanlıqları “Odlar yurdu”nun
başqa hissәlәri ilә bağlayan tellәr qırılmağa başladı. Hәmin
dövrdәn etibarәn artıq Rusiya hakimiyyәti altındakı
torpaqlarımız deyil, mәrkәzi Tәbriz olmaqla İrandakı
әrazilәrimiz “Azәrbaycan” adlanmağa başladı.
İşğala uğramış әrazilәr özbaşınalıqla bölünüb-parçalanır,
şәhәrlәrin, mahalların adları dәyişdirilirdi (nümunә kimi
Azәrbaycanın qәdim mәrkәzlәrindәn biri olan Gәncәyә