Page 442 - design_Topcubashov_Full_Layout 1
P. 442
AZӘRBAYCAN RESPUBLİKASININ
SӘRHӘDLӘRİ
I. Şimal sәrhәdi
Azәrbaycanın şimal sәrhәdlәri Solak çayının Qara dәnizә
töküldüyü nöqtәdәn (Gürcüstan sәrhәdindәn) başlanır. Sәrhәd
xәtti çay boyunca Acar dağlarına qәdәr uzanır.
Bu dağların әn uca nöqtәsi ilә irәlilәyәn sәrhәd xәtti
Kino (8522 fut), Toşnaur (8735 fut), Qotimeriya (8769 fut),
Sallardağ (8162 fut) zirvәlәrinә, Zekar keçidinә, Naqueva
dağlarına vә Sağalotlobaçi zirvәsinә çatır.
Buradan sәrhәd xәtti cәnub-şәrqә yönәlir, Kürün qolu
olan Keyda-su boyunca gedir. Çayı keçdikdәn sonra o,
Tusselbaya tәrәf, Çitis-Kibey (8554 fut) zirvәsinә doğru
irәlilәyir, Kür çayının qollara ayrıldığı istiqamәtdә uzanır.
Sonra Axaşen kәndinin yanında Kürün axını istiqamәtindә
cәnuba dönür, daha sonra Kür boyunca üzüaşağı, Kurtanakev
442 kәndinә qәdәr düz cәnuba gedir.
Sonra sәrhәd xәtti keçmiş Rusiya imperiyasının inzibatı
bölgülәri әsasında mövcud olan sәrhәd boyunca şәrqә dönür
(Axalkәlәk vilayәti, Qars әrazisi, Aleksandropol rayonu,
İrәvan quberniyası) vә Göy dağın (9152 fut), Üçtәpәlәrin
(9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut)
vә Ağçalanın (10500 fut) zirvәlәrindәn keçir.
Bu nöqtәdәn sәrhәd xәtti Axalkәlәk vә Borçalı vilayәtlәri
arasındakı keçmiş inzibatı bölgü әsasında cәnuba burulur,
sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) dağ
zirvәlәrindәn, Davakran dağ silsilәsindәn keçir vә Dәlidağın
(8624 fut) zirvәsinә qәdәr gәlib çatır.
Bu nöqtәdәn sәrhәd xәtti şәrqә istiqamәt götürür, İnәk
dağın (6636 fut), Bulaq dağın (6317 fut) zirvәlәrindәn keçir
vә Aleksanderhiff kәndinә qәdәr uzanır.
Bu kәndin arxasından sәrhәd xәtti Xramçayın axını
boyunca şimal-şәrq istiqamәtindә Arıxlı kәndinә vә Böyük