Page 446 - design_Topcubashov_Full_Layout 1
P. 446

Əlimərdan bəy Topçubaşov


                  verilәn mәrkәz Xәzәr dәnizi sahilindәki hissәdir. İndi bu
                  әrazi mәşhur neft yataqlarına malik şәhәrin adı ilә Bakı
                  bölgәsi kimi tanınır.
                     Dәrinliklәrindә tәbii neft vә qaz sәrvәtlәri gizlәnmiş
                  bölgә әn qәdim zamanlardan “әbәdi odlar yurdu” kimi
                  mәşhurlaşıb. Kökü qәdim fars sözü “Azәrpataqan”dan
                  yaranmış “Azәrbaycan”, yaxud da “Azәristan” adı da ilk
                  növbәdә hәmin zәngin tәbii sәrvәtlә bağlıdır. Tarixә qәdәrki
                  dövrdәn mәlum olan bu ad yalnız rәvayәtlәrә әsaslanmır.
                  Bakı regionundakı mәhsuldar neft yataqları Azәrbaycanın
                  mәnşәyini hәr hansı yazılı mәnbәdәn daha yaxşı ifadә edir.
                  Sönmәyәn alov dillәri kimi Azәrbaycan da taleyin oyunlarına,
                  siyasi vә sosial çevrilişlәrә, iqtisadi dәyişikliklәrә baxmayaraq,
                  öz yoluna davam edib. Azәrbaycan torpaqları Makedoniyalı
                  İskәndәrdәn 553  tutmuş Teymurlәngә 554  qәdәr bir çox mәşhur
                  fatehlәr görüb. Onun sakinlәri әrәblәr, farslar, Osmanlı
                  türklәri vә başqaları ilә üz-üzә gәliblәr. Bu çağırılmamış
         446
                  qonaqlar, tәbii ki, Azәrbaycanın әrazi vә etnik tәrkibinin
                  әsaslı surәtdә dәyişilmәsinә tәsirsiz qalmayıblar. Ölkәnin
                  bir hissәsi hәrbi güc tәtbiq edilmәklә İrana birlәşdirilib,
                  digәr hissәsi isә Qafqazın coğrafi sәrhәdlәri daxilindә qalıb.
                  Mәhz bu şәrait Azәrbaycan xalqının taleyindә mühüm rol
                  oynayıb.

                     Müstәqil xanlıqlar
                     Qafqazdakı Azәrbaycan regionu uzun müddәt özünün
                  tam siyasi müstәqilliyini qoruyub. XVII әsrdә ölkә müstәqil
                  xanlıqlardan ibarәt idi. Mövcud şәraitin tәsiri altında onlardan
                  bәzilәri İrandakı şah hakimiyyәtini tanımağa mәcbur olurdular.
                  Lakin bu da hәmin müstәqil xanlıqların tez-tez İran, elәcә
                  dә Türkiyә, Gürcüstan, nәhayәt, Rusiya ilә silahlı münaqişәlәrә
                  cәlb edilmәlәrinin qarşısını ala bilmirdi. Müharibәlәrin çoxu
                  müdafiә xarakteri daşıyırdı vә aydındır ki, xanlıqlar
   441   442   443   444   445   446   447   448   449   450   451