Page 444 - design_Topcubashov_Full_Layout 1
P. 444

Əlimərdan bəy Topçubaşov


                  sәrhәddi yaxınlığında  Astara (Qafqaz  Astarası) şәhәrinә
                  qәdәr uzanır.


                     III. Cәnub sәrhәdi
                     Astaradan başlanan sәrhәd xәtti Rusiya, İran vә Türkiyә
                  arasındakı keçmiş sәrhәdlәrin kәsişmә nöqtәsinә qәdәr davam
                  edir, sonra keçmiş Rusiya-Türkiyә sәrhәdinә uyğun şәkildә
                  Qara dәnizdәki Kop-Mur burnuna qәdәr gedir.

                     IV. Qәrb sәrhәdi
                     Azәrbaycanın qәrb sәrhәdi Kop-Murdan Solok çayının
                  mәnsәbinә qәdәr Qara dәniz sahillәri boyu müәyyәnlәşir.

                     V. Qafqaz Ermәnistanı ilә sәrhәd
                     Azәrbaycan vә Ermәnistan arasında sәrhәd qәrbә doğru
                  Ağlağan dağının (6833 fut) zirvәsindәn başlanır, Aleksandropol-
                  Axalkәlәk şose yolunu Qızıl Qoç stansiyasından (Güllübulaq
         444      kәndi) 18 km cәnubda kәsib keçir vә Dağ Körpü kәndindәn
                  Arpaçay istiqamәtinә gedir.
                     Sonra sәrhәd xәtti cәnuba, Arpa-Fihui boyunca Qarakollu
                  adlı kiçik stansiyadan 2 km şimalda yerlәşәn Qiyas-Kürdaşı
                  kәndinә doğru gedir, daha sonra isә şәrqә, Qara Köynәk
                  dağının (9917 fut) zirvәsinә tәrәf uzanır.
                     Buradan sәrhәd xәtti Aparan çayının qolu istiqamәtindә
                  şimal-şәrqә, Tiflis-İrәvan dәmir yolunun 5 kilometrliyindә
                  yerlәşәn Zeynә kәndinә doğru gedir, sonra şәrq istiqamәtinә
                  dönür, dәmiryol xәttinә paralel şәkildә bu xәtdәn 7 km
                  şimalda yerlәşәn Ağbaş kәndinә tәrәf uzanır.
                     Qarni çayından keçәn sәrhәd xәtti şimal-şәrqdә Ağdağ
                  (10906 fut), Qaraqaya (11178 fut), Gözәldәrә dağlarına
                  qalxır, buradan qәrb istiqamәtinә burulur vә Göyçә gölünün
                  şәrq sahilindә Zağalı kәndinә çatır.
                     Qafqaz Ermәnistanının sәrhәdi Semyonovka kәndi
                  istiqamәtindә gölün sәthini düz xәtlә keçir, Yelizavetpol vә
   439   440   441   442   443   444   445   446   447   448   449