Page 443 - design_Topcubashov_Full_Layout 1
P. 443
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Tkiatam tәpәsinә tәrәf yönәlir, Aleksandropol-Tiflis dәmiryol
xәttinә paralel olaraq qәrb istiqamәtindә üç verst irәlilәyir,
Naftuluq dәmiryol stansiyasının 6 kilometrliyindә Yelizavetpol-
Tiflis dәmiryol xәttini bir qәdәr keçir.
Buradan sәrhәd xәtti yenidәn şәrqә tәrәf dönür, Qara
dәrә, Sarıyer, Karvan tәpә, Naomeri (3185 fut) dağ
zirvәlәrindәn, Muğanlı vә Tullar kәndlәrindәn, Lәmbәlinin
(2537 fut) üstündәn, Katari aşırımından, Milatis, nәhayәt,
Bilenta (3052 fut) zirvәsindәn vә Nikoratcixa (3290)
zirvәlәrindәn aşır. Sonra yenidәn şimal sәmtinә dönәrәk
Qarağac kәndini arxada qoyduqdan sonra Taran-Qobu
çaylarının qovuşduğu yerә çatır. Sәrhәd xәtti eyni istiqamәtdә
Taran-Qobu, Abcit, Mәzәmçay çaylarının yatağı boyunca
Tinov-Rosso (11104 fut) dağ zirvәsi istiqamәtindә irәlilәyir.
Sonra sәrhәd xәtti yenidәn Şәrqә dönür (Şimali Qafqaz
Respublikasının sәrhәddi) vә Qafqaz sıra dağları boyunca
Quton (12500 fut) zirvәsinә qәdәr uzanır. Daha sonra sәrhәd
xәtti dağ yüksәkliklәrindәn şimal-şәrq istiqamәtindә aşağı 443
enir, bir tәrәfdәn Avar-Koysu, Qara-Koysu, Qazıqumuq-
Koysu, o biri tәrәfdәn isә Samur, Çirançay vә Uluçay
çaylarının suayrıcını formalaşdıran ikinci sıra dağları boyunca
gedir vә Kalanker-Katz (11488 fut), Kaşkharva (13083),
Lakazani (11961 fut) dağlarından, Dolti dağ aşırımından
keçәrәk Viralqu (12611 fut), Nusadağ (12270 fut), Alahundağ
(12629 fut) istiqamәtindә uzanır.
Sonda sәrhәd xәtti İtsari kәndinin 2 kilometrliyindә
Taran-Qobu çayını keçir vә yuxarıda adları çәkilәn çayların
ayrıldığı yerdә 2108 nömrәli zirvәyә doğru gedir, burada
şәrqә dönür vә Bakı-Petrovsk dәmir yolunun Buynaksk
stansiyasından 20 km cәnubda Xәzәr dәnizinә çatır.
II. Şәrq sәrhәdi
Buynaksk stansiyasının 20 kilometrliyindәn başlayan
sәrhәd xәtti Xәzәr dәnizi boyunca keşmiş Rusiya-İran