Page 438 - design_Topcubashov_Full_Layout 1
P. 438
Əlimərdan bəy Topçubaşov
dә xәbәr tuta bilmәyәn, ölkә ilә bütün әlaqәlәrini itirәn, әn
azı elementar mövcudluğunu tәmin etmәk baxımından maddi
yardım vә mәnәvi dәstәkdәn yerli-dibli mәhrum olan, üstәlik,
fәaliyyәti ilә birbaşa bağlı olmayan ağır yükün altına girәrәk
78 nәfәr azәrbaycanlı tәlәbәnin (onların da keçinmәk üçün
heç bir vәsaitlәri qalmayıb) qayğılarını da öz üzәrinә götürәn
nümayәndә heyәtinin normal vә sәmәrәli işlәyә bilmәyәcәyini
demәyә ehtiyac varmı? Hәm dә elә bir dövrdә ki, beynәlxalq
hәyatda, hәqiqәtәn dә, mühüm bir mәrhәlә başlayıb – artıq
gündәliyә türk vә rus mәsәlәlәri çıxarılıb. Demәyә ehtiyac
varmı ki, bütün Qafqaz respublikalarının, ilk növbәdә
Azәrbaycanın, elәcә dә İran, Türküstan, hәtta ola bilsin ki,
Yaxın Şәrq vә bütün Asiyanın taleyi bu mәsәlәlәrin necә hәll
edilәcәyi ilә sıx bağlıdır.
Öz-özlüyündә aydındır ki, belә şәraitdә nümayәndә
heyәtimiz bütün istiqamәtlәrdә xüsusi intensivliklә işlәmәlidir.
Amma bәdbәxtlikdәn, mәhz indi – әn lazımlı vaxtda
hadisәlәrdәn tam uzaq düşmәsi, ölkәnin vәziyyәtindәn tam
438 xәbәrsiz qalması nәticәsindә onun fәaliyyәti iflic olmuşdur.
Biz hәtta Azәrbaycanda hakimiyyәtin kimlәrin әlinә keçdiyini,
ordunun başına nә iş gәldiyini, ölkәnin müstәqilliyinin
qorunması vә xilasının, hәtta ola bilsin ki, sadәcә fiziki
mövcudluğunun tәmin edilmәsinin nә vәziyyәtdә olduğunu
da bilmirik.
Martda Londonda, apreldә isә San Remoda keçirilmiş
konfranslara bәnzәr yeni konfransın iyul ayında Spada tәşkili
nәzәrdә tutulur. Bizim nümayәndә heyәti әvvәlki iki konfransın
işindә iştirak etmişdi. Lakin indi Spaya getmәyә lüzum
varmı? Mövcud vәziyyәtdә orada nә etmәk olar? Әgәr
konfransın tәşkilinin planlaşdırıldığı vaxta qәdәr (12–15 iyul)
Azәrbaycanda baş vermiş hadisәlәrin xarakterinә müәyyәn
aydınlıq gәtirilmәsә, nümayәndә heyәti üçün hәr hansı
münasibәt bildirmәk, yaxud qәrar qәbul etmәk son dәrәcә
çәtin olacaq.
Bir daha tәkrar edirәm, nümayәndә heyәti son dәrәcә
ağır, kәdәrli günlәr yaşayır. Yaranmış vәziyyәt, heç bir xәbәr