Page 433 - design_Topcubashov_Full_Layout 1
P. 433
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Hәm dә söhbәt yalnız adi sәfәrdәn getmir. Görünür,
Londona köçmәli olacağıq. Çünki ehtimal ki, rus mәsәlәsi
ilә әlaqәdar konfrans mәhz Londonda keçirilәcәk. Bütünlükdә
şәraitin xeyrimizә dәyişmәsinә baxmayaraq hәm burada,
hәm dә Londonda lazımi adamlarla әlaqәlәri itirmirik.
Vәziyyәtin yaxşılaşacağına bәslәnәn ümidlәr yeni
respublikaların tәmsilçilәrini о qәdәr ruhlandırır ki, artıq
İsveçrәdә tez bir zamanda onların nümayәndәlәrindәn ibarәt
ayrıca (xüsusi) konfransın çağırılması fikri ortaya atılıb.
Konfransda bizim dә nümayәndәlәrimiz iştirak edәcәk.
Vәziyyәtimizin yaxşıya doğru dәyişdiyinә inamı yenidәn
ifadә edәrәk mәlumatımı Azәrbaycanın daxili işlәrinә diqqәti
daha da artırmaq, ilk növbәdә isә әn vacib vә tәcili mәsәlә
kimi Müәssislәr Mәclisini tezliklә toplamaq çağırışı ilә başa
çatdırıram.
Раевский А. Мусаватское правительство на
Версальской конференции. Донесения председателя 433
азербайджанской мусаватской делегации.
Баку, 1930, с. 93–101.