Page 431 - design_Topcubashov_Full_Layout 1
P. 431

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           sәnәddәn dә göründüyü kimi, Әziz bәy Tahirov Azәrbaycan
           Respublikası missiyasının katibi, yaxud işlәr müdiri vәzifәsinә
           dәvәt edib (әlavә № 16). Cәnab Volkovun sözlәrinә görә
           missiya avqustun 15-dә gәlmәlidir. O,  Azәrbaycan
           Respublikasının nümayәndәsi cәnab Tahirovun tapşırığına
           әsasәn, hәmin müddәtә qәdәr missiya üçün müvafiq bina
           tutub. Әslindә isә nә missiya, nә dә nümayәndә cәnab
           Tahirov haqqında bizә heç bir şey bәlli deyil. Cәnab Volkov
           ona avqustun 15-dәn başlayaraq ayda 2500 italyan lirәsi
           miqdarında mәvacib verilmәsini xahiş edir. Nümayәndә
           heyәtinin vәsaitindәn bu mәblәği vermәyi mümkün
           saymadığımdan, әn başlıcası isә cәnab Volkovun iddiasında
           nә dәrәcәdә haqlı olduğunu bilmәdiyimdәn, әrizәsinin әslini
           әlavәlәr qismindә Sizә göndәrirәm. Bu barәdә cәnab Volkovun
           özünә ayrıca mәlumat verәcәyәm.

                                     VI
               Nümayәndә heyәtinin maddi vәsaitlә tәmin edilmәsi       431
           уеnә dә gündәlikdә birinci vә tәcili mәsәlә kimi qalmaqdadır.
           İndi o, üç hәftә әvvәllә müqayisәdә daha kәskin şәkildә
           dayanır. Fәlakәtin başımız üzәrindәn asıldığını – tamamilә
           vәsaitsiz qalacağımız günü göstәrәn vaxt get-gedә yaxınlaşır.
           Bu kәdәrli aqibәtdәn çıxış yolu tapmaq üçün hәtta Nobelә
           (qoca) müraciәt etdim. Lakin dediyinә görә, indi nә kredit,
           nә dә nağd pul vermәk imkanları yoxdur. Doğrudur, tamamilә
           boyun qaçırmadı. Amma fikirlәşmәk üçün vaxt istәdi ki, işә
           kömәk etsin. Onun kiçik qardaşı artıq gedib, özü dә İsveçә
           yola düşmәyә hazırlaşır. Ümumiyyәtlә, özünü bizә borclu
           saydığını etiraf etmәsinә baxmayaraq, indi bir çox sәbәblәrdәn
           Nobelә о qәdәr dә ümid bağlamağa әsas yoxdur. Bir sözlә,
           bu işlә ciddi mәşğul olun, bankla (mәsәlәn, Azov-Don bankı
           ilә), yaxud lazım bildiyiniz hәr hansı bir şәxslә danışın,
           nümayәndә heyәtinin hesabına әn azı bir milyon frank pul
           köçürün, göndәrin, kredit açın...  Yenә dә bu mәsәlә ilә
   426   427   428   429   430   431   432   433   434   435   436