Page 428 - design_Topcubashov_Full_Layout 1
P. 428

Əlimərdan bəy Topçubaşov


                  vә s. surәtlәrinin hazırlanıb nümayәndә heyәtinә göndәrilmәsini
                  hәmin büroya hәvalә edәsiniz. Bunun işimizә hәr cәhәtdәn
                  çox böyük kömәyi olardı. Belә bir addım hәr şeydәn әvvәl
                  ölkәmizdә dә lazımi yerdә vә lazımi mәqamda hamının
                  әmәl etmәyә borclu olduğu müvafiq qanunların vә nizam-
                  intizamın mövcudluğunu göstәrmәyә imkan yaradardı. Belә
                  sәnәd vә mәlumatların әlimizin altında olmamasının ümumi
                  işimizә vә nüfuzumuza necә xәlәl gәtirdiyini aşağıdakı
                  tәsadüfdәn dә görmәk mümkündür
                     Böyük fransız şirkәtlәrindәn birinin nümayәndәsi yanıma
                  gәlib İrana çoxlu miqdarda mal göndәrdiyini, Bakıda isә bu
                  mallar üçün yüksәk gömrük haqqı tәlәb edildiyini, hәmin
                  mәblәği ödәmәk iqtidarında olmadığını bildirdi vә
                  hökumәtimizә gömrük rüsumlarını azaltmaq barәdә mәktub
                  yazmağı xahiş etdi. Hansı qaydalar әsasında vә hansı miqdarda
                  gömrük haqqı alındığından xәbәrim olmadığından hökumәtә
                  özünün müraciәt etmәli olduğunu bildirdim. Çünki qaydalar
         428      artıq müәyyәnlәşdirilib vә onları dәyişdirmәk heç kimin
                  sәlahiyyәtindә deyil. Şirkәt nümayәndәsi, tәbii ki, narazı
                  getdi vә Fransa hökumәtinә şikayәt edәcәyini bildirdi. Bir
                  neçә gündәn sonra, hәqiqәtәn dә, Fransa Xarici İşlәr
                  Nazirliyinin blankında mәktub aldım. Mәktubda bildirilirdi
                  ki, hәlәlik Qafqazın beynәlxalq vәziyyәti tәnzimlәnmәdiyindәn
                  bütün kommersiya münasibәtlәri Fransa-Rusiya ticarәt
                  müqavilәsi әsasında hәll olunmalıdır. Doğrudur, mәktub
                  Fransa Xarici İşlәr Nazirliyinin blankında yazılsa da, nömrә
                  vә imza yox idi (yalnız “V” hәrfinә bәnzәr işarә var idi),
                  kimә ünvanlandığı göstәrilmәmişdi. Eyni mәzmunda vә eyni
                  şәkildә tәrtib edilmiş sәnәd gürcü nümayәndә heyәtinә dә
                  gәlib. Birgә iclasımızda mәktuba cavab vermәmәyi vә
                  ümumiyyәtlә, bu mәsәlәyә diqqәt yetirmәmәyi qәrara aldıq.
                  Lakin bir tәrәfdәn bilginiz üçün, о biri tәrәfdәn dә yuxarıda
                  dediklәrimin tәsdiqi kimi xatırlatdığım mәktubu da mәlumatla
                  birlikdә Sizә göndәrirәm (әlavә № 10).
   423   424   425   426   427   428   429   430   431   432   433