Page 429 - design_Topcubashov_Full_Layout 1
P. 429
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
V
Yәqin, noyabrın 24-dә London-Tehran-Rәşt üzәrindәn
vurduğum teleqramı almısınız vә artıq bilirsiniz ki, bizә
verilmiş xәstәxana lәvazimatından ibarәt qutular, nәhayәt
ki, “Anatoliya” gәmisindә Marseldәn Batuma yola salınıb.
200 qutudan hәlәlik 165-i göndәrilib. Qalan 35 qutu isә
yaxşı qablaşdırılmadığından limanda saxlanılıb vә sonra
göndәrilәcәk. Yükün dәmir yolu ilә Brestdәn Marselә vә
gәmi ilә Marseldәn Batuma aparılması bizә 6575 franka
başa gәldi. Hәmin mәblәğ artıq ödәnilib. Qutular Batum
konsulumuz doktor Mahmud bәy Әfәndiyevin adına göndәrilib.
Bu barәdә mәn teleqrafla İstanbulda Yusif bәy Vәzirova 544
xәbәr vermişәm. Üstәlik, cәnab Әfәndiyevә dә mәktub
yazmışam. Әgәr cәnab Әfәndiyev Batumda yoxdursa, onda
sәrәncam vermәk lazımdır ki, başqa bir nәfәr lәvazimatı
alıb Bakıya göndәrsin. Hәr halda yükün sәnәdlәrini cәnab
Berlin aparır. Batumda lazımi işlәri özü görәcәk, sonra
429
Bakıda Sizә mәlumat verәcәk.
Dәrmanlarla bağlı müәyyәn dolaşıqlıq yaranıb. Çünki
güman edirdik ki, xәstәxana lәvazimatı kimi onları da pulsuz
alacağıq. İndi isә minimal qiymәtlә dә olsa, pul ödәmәyimizi
istәyirlәr. Hәlәlik mәzәnnәni öyrәnirik. Tәәssüf ki, cәnab
Bıkov yalnız bircә dәfә yanımda olub, Bakıdan gәtirdiyi
dәrman siyahısını verib, sonra yoxa çıxıb. Eşitdiyimә görә,
başqa malların alınması ilә mәşğuldur. Hәmin malları da
Bakıya aparacaq. Göndәrdiyiniz doktor Finkelşteyn hәlә dә
gәlib çıxmayıb. O, Romadan bizә teleqraf göndәrib, Parisә
gәlmәsi üçün icazә alınmasında kömәyimizi xahiş edib.
Әlimizdәn gәlәni etdik.
Digәr tәrәfdәn, dәrmanların alınması bizdәn asılı olmayan
sәbәblәrә görә lәngiyәcәk. Çünki pulunu qabaqcadan istәyirlәr.
Heyәtin isә vәsaiti yoxdur.
Ümumiyyәtlә, müxtәlif idarәlәrin tapşırıqlarının yerinә
yetirilmәsi üçün dә nağd pul tәlәb edilir. Hәmin pullar isә