Page 427 - design_Topcubashov_Full_Layout 1
P. 427
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
5-dә Parisә gәlir. Daha tәfәrrüatlı tanışlıq üçün aşağıdakı
sәnәdlәrin surәtlәrini әlavә edirәm: cәnab Robinovun ingilis
dilindә mәktubunun surәti (әlavә № 6), hәmin mәktubun
fransızca nüsxәsinin surәti (әlavә № 7), sonuncu mәktubla
birlikdә ingilis vә fransız dillәrindә göndәrdiyi teleqramın
surәti (әlavә № 8) vә mәnim cavab mәktubumun surәti
(әlavә № 9).
IV
İqtisadiyyat sahәsindә biz çox tez-tez tranzit mәsәlәsi ilә
üzlәşmәli oluruq. İstәr rәsmi, istәrsә dә qeyri-rәsmi şәxslәr
dәfәlәrlә mәnә tranzit şәrtlәri, malların ixracı vә idxalı haqqında
çoxsaylı suallar verib, xahişlәr ediblәr. Lakin bütün belә
mәsәlәlәrdәn, elәcә dә neft sәnayesi ilә bağlı hökumәtin
sәrәncamlarından tam xәbәrsizik. Bu yaxınlarda böyük Nobel 543
yanımda idi. Hökumәtimizi mәzәmmәt etdi ki, nefti 5 manat
80 qәpiyә tәhvil vermәk tәlәbi, uzunmüddәtli borclarla bağlı
maneәlәr vә s. kimi lüzumsuz sәrәncamlarla neft sәnayesini 427
müflis hala salır. Bizә isә bu barәdә heç nә bәlli deyil. Adәtәn,
belә hallarda әlaqә yaratmağın çәtinliyini bәhanә gәtiririk,
ümumiyyәtlә, mәsәlә ilә bağlı mәlumatımızın olmadığını
demәklә canımızı qurtarırıq. Әslindә isә çox ağır vәziyyәt
yaranıb. İndiyә qәdәr bizә tranzit ticarәt haqqında qaydalar
çatdırılmayıb. Hәmin qaydalardan bixәbәrliyimizә görә İrana
mal göndәrәnlәrin qarşısında utanıb-qızarmalı oluruq.
Cәnab Nazirlәr Şurasının sәdri, müvafiq nazirliklәrә
tranzit, idxal, ixraca, ümumәn, ticarәtә vә sәnayeyә, elәcә
dә maliyyә mәsәlәlәrinә dair öz qanun, qayda vә
sәrәncamlarının nüsxәlәrini bizә göndәrmәlәri barәsindә
göstәriş vermәyinizi Sizdәn çox xahiş edirәm.
Ümumiyyәtlә, Sizdәn xahiş etmәyi şәrәf bilirәm ki,
dәftәrxananız yanında ayrıca büro yaradasınız vә bütün
qәbul edilmiş, yaxud layihә şәklindә olan qanunların,
qәrarların, sәrәncamların, qeydlәrin, idarәlәr üzrә әmrlәrin