Page 422 - design_Topcubashov_Full_Layout 1
P. 422
Əlimərdan bəy Topçubaşov
№ 11
29 noyabr – 2 dekabr 1919-cu il
AZӘRBAYCAN RESPUBLİKASI
NAZİRLӘR ŞURASININ SӘDRİNӘ
Cәnab sәdr!
Böyük tәәssüf hissi ilә bildirmәliyәm ki, kuryer cәnab
Berlinin noyabrın 10-da nәzәrdә tutulan sәfәri nümayәndә
heyәtinin verdiyi diplomatik pasporta Fransa Xarici İşlәr
Nazirliyindә viza açılmaması nәticәsindә baş tutmayıb. Aydın
oldu ki, nazirlik hәlә tanınmayan dövlәtlәrin tәmsilçilәri ilә
әlaqәdar yeni qaydalar müәyyәnlәşdirib. Sәrәncamın tәlәblәrinә
görә, nümayәndә heyәtlәri әvvәllәr olduğu vә diplomatik
pasportlar üçün nәzәrdә tutulduğu kimi, Xarici İşlәr
Nazirliyindә deyil, adi qaydada, yәni prefekturalarda viza
422 almalıdırlar.
Gәlәcәk üçün әhәmiyyәtini düşünüb qәrara gәldik ki,
diplomatik viza alınmasına nail olmaq lazımdır. Lakin tәәssüf
ki, indiyә qәdәr bu istiqamәtdә atdığımız addımlar heç bir
nәticә vermәyib. Bütün nümayәndә heyәtlәrinin ümumi
iclasının çağırılması da mәhz hәmin mәsәlә ilә әlaqәdar baş
tutmamışdı. Ancaq işin müsbәt hәllini tapacağına ümidimizi
itirmәmişik, ona görә dә heç nәyә baxmadan cәnab Berlini
göndәrmәk qәrarına gәldik. O, çәrşәnbә axşamı, dekabrın
1-dә buradan yola düşür.
Cәnab Berlinlә hәm dә 10 saylı mәlumatı bütün әlavәlәr,
broşürlәr, jurnallar, qәzetlәr vә s. ilә birlikdә göndәrirәm.
Hәmin mәlumatda bir çox mәsәlәlәr barәdә әtraflı yazdığımdan
bu dәfә lakonik olmağa çalışacağam vә son üç hәftә әrzindә
baş vermiş hadisәlәrin qısa xronikasını tәqdim edәcәyәm.