Page 417 - design_Topcubashov_Full_Layout 1
P. 417
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
yaşayacağına inanırdıq, onun nәticә etibarilә nәyin bahasına
olur-olsun, azadlığını qazanacağına әmin idik. Hәm dә bu
zaman biz azadlıq yolunda yarım il, bir il deyil, illәr uzunu,
onilliklәr boyu mübarizә aparan, hürr yaşamaq uğrunda
çarpışan, onu böyük şәxsi vә maddi qurbanlar bahasına әldә
edәn digәr xalqların heyrәtamiz tәcrübәsini unutmurduq.
Elә buna görә dә bütün ağırlığına baxmayaraq, Antantanın
münasibәti bizi haldan çıxarmırdı, qarşıya qoyduğumuz
mәqsәdә – Azәrbaycanın müstәqilliyinә çatmaq yolunda
zәruri saydığımız, özümüzü borclu bildiyimiz addımları
atmaqdan çәkindirmirdi. Biz misilsiz nemәt saydığımız
böyük sәrvәtә – müstәqilliyә nail olmaq yolunda heç nәdәn
çәkinmәmişik vә çәkinmirik. Әvvәllәr dә Sizә yazmışdım,
indi elә yolla gedirik ki, verәcәyimiz heç bir qurban bizi bu
yoldan sapdırmayacaqdır.
Ona görә dә Azәrbaycandan gәlәn vә düşüncәlәrimizi
tәsdiqlәyәn hәr bir xәbәr bizi ürәyimizin dәrinliklәrinә qәdәr
sevindirir, ruhlandırır, inam yaradır ki, burada biz, orada, 417
vәtәndә isә yoldaşlarımız eyni hisslәr, eyni fikirlәr, eyni
mәqsәdlәrlә yaşayır vә çalışırıq. Mәhz bu baxımdan bütün
nümayәndә heyәti xarici işlәr nazirinin müavini Adil xan
Ziyadxanovun Kuban hökumәti yanındakı diplomatik
nümayәndәmizә 532 bu il iyunun 26-da göndәrdiyi 1846 saylı
mәktubdan aşağıdakı sәtirlәri dәrin mәmnunluq hissi ilә
qarşıladı: “Möhkәm yadınızda saxlayın ki, Azәrbaycan xalqı
yalnız özünün Müәssislәr Mәclisinә, yaxud digәr oxşar
xarakterli Mәclisinә gәlәcәk. Başqa heç bir yerә getmәyәcәk.
Bizim hökumәtin nöqteyi-nәzәri belәdir ki, kimliyindәn –
bolşevik, menşevik, denikinçi vә s. mövqeyindә dayanmasından
asılı olmayaraq, Azәrbaycanın müstәqilliyinә qәsd edәn hәr
kәs onun düşmәnidir. Könüllü Orduya münasibәtimiz belәdir:
möhkәm vә qәti şәkildә qәrara alınıb ki, o, Azәrbaycan
Respublikasının sәrhәdlәrinә buraxılmasın, Dağıstandakı
Könüllü Ordu hissәlәrinin oradan çıxarılmasına tәkid edilsin,