Page 416 - design_Topcubashov_Full_Layout 1
P. 416
Əlimərdan bəy Topçubaşov
fransız qәzetlәrindәn bolşeviklәrә münasibәtdә necә bir dönüş
yarandığının şahidi olacaqsınız. Hәtta “Le Temps” dә ruslar
arasındakı antibolşevik ünsürlәrә rәğbәtini bildirmәklә tәşәxxüs
satmaq kimi әnәnәvi mәrәzindәn әl çәkib vә artıq bolşeviklәrlә
barışıq haqqında danışır, Antantanın keçmiş Rusiya әrazisindә
yaranmış dövlәtlәrә diqqәt yetirmәsindәn, kiçik xalqların
taleyi ilә maraqlanmasından yazır. Mәsәlәn, bu gün (noyabrın
9-da) bütün qәzetlәr başdan-ayağa bolşeviklәrin Rusiyadan
ayrılan әrazilәrin nümayәndәlәri ilә xüsusi konfrans keçirmәk
(keçәn ilki Prinkipo mәsәlәsinә bәnzәr bir şey) tәklifi haqqında
mülahizәlәrlә doludur. Yeri gәlmişkәn, onu da qeyd edim ki,
qәzetlәr keçmiş Rusiyanın borclarının ödәnilmәsindә mәsuliyyәt
payını üzәrlәrinә götürmәk şәrti ilә yeni yaranmış dövlәtlәrin
saxlanmasını tәklif edirlәr. Bu şәrtlәr barәsindә İngiltәrә
Parlamentinin aşağı palatasında deputat polkovnik Malope,
üç gün әvvәl Londondakı bir ziyafәtdә isә Lloyd Corc
danışıblar. Belә bir imkan da istisna olunmur ki, konfrans,
416 yaxud onun orqanı Ali Şura (“Le Conseil Supreme”)
bolşeviklәrin tәklifini qәbul edәcәk vә onlarla razılığa gәlәcәk.
Ehtimal olunan razılığın şәrtlәrindәn biri isә yeni dövlәtlәrin
tanınması olmalıdır.
Qeyd etdiyim dönüş nöqtәsi bizim günlәrdә bütün
mülahizәlәrin әsas predmetidir. Onun barәsindә indi bütün
nümayәndә heyәtlәrindә danışırlar. Arabir görüşmәli
olduğumuz siyasilәrin hamısı bu mәsәlәdәn bәhs edir. Әlbәttә,
dünyada siyasәtdәn daha dәyişkәn vә sürüşkәn bir şey
yoxdur, ona görә dә siyasәt sularının qabarma vә çәkilmәlәri
hәmişә gözlәnilmәzdir. Lakin hiss olunur ki, bizim dә azad,
müstәqil yaşamağa bәslәnәn ümidlәrimizin möhkәmlәndiyi,
gerçәk şәkil almağa başladığı dövr artıq gәlib. Biz keçmiş
Rusiyanın bütün xalqları üçün son dәrәcә әlverişsiz olan
vaxtlarda da, hәtta çәkdiyimiz bütün әziyyәtlәrin sәmәrәsiz
qalacağı üzümüzә deyildiyi anlarda da ümidlәrimizi itirmirdik.
Ona görә belә hәrәkәt edirdik ki, xalqımızın müstәqil