Page 412 - design_Topcubashov_Full_Layout 1
P. 412
Əlimərdan bəy Topçubaşov
xadimi Ağa xanın 528 Londondan bura gәlmәsindәn istifadә
edib ziyarәtinә getdik. Fürsәtdәn yararlanıb Ağa xanı
tәlәblәrimizlә tanış elәdik. Memorandumu bütün әlavәlәrlә
birlikdә ona verdik. Tanışlıq sәhәr yemәklәri vә çay
mәrasimlәrinә qarşılıqlı gediş-gәliş üçün imkan yaratdı. Bu
isә bizi bir-birimizә daha da yaxınlaşdırdı. Ağa xan yenidәn
Londona qayıtdı. Tәxminәn eyni vaxtda fars nümayәndә
heyәtinin yeni tәrkibindәn ayrı-ayrı adamlar yanımıza gәlmәyә
başladılar. İndiki tәrkib Şahı 529 müşayiәt edәn yeni xarici
işlәr naziri Firuz Mirzәnin gәlişindәn sonra formalaşıb.
Tezliklә Londondan, Mәrkәzi Müsәlman Cәmiyyәtindәn
mәktub aldıq. Cәmiyyәt 1886-cı ildә yaradılıb. Demәk olar,
bütün islam ölkәlәrindә tәmsilçilәri var. Mәktubda nümayәndә
heyәtimizә qardaş Azәrbaycan xalqının istiqlaliyyәtinin tәmin
olunması yolunda uğurlar arzulanırdı. Bir neçә gündәn sonra
Cәmiyyәtin baş katibi Mirzә Haşım İsfahani Parisә gәldi.
Yenә dә qarşılıqlı vizitlәr başlandı. Oktyabrın 22-dә İran
412 xarici işlәr nazirinin görüşündә oldum. Londondan qayıtmış
Ağa xanın yanında sәhәr yemәyindә iştirak etdim. Oktyabrın
25-dә isә bizim, habelә İran vә Hindistan müsәlmanları
tәmsilçilәrinin ümumi iclası keçirildi. Bu iclasda Azәrbaycana
yardım göstәrmәk, habelә İran heyәti ilә әlbir fәaliyyәtimiz
haqda yekdil qәrar qәbul edildi. İran xarici işlәr naziri hәmin
gün cavab görüşünә gәldi vә bizim heyәt üzvlәri qarşısında
verilәn qәrarı bir daha tәsdiq etdi. Digәr İran tәmsilçilәri
kimi, Firuz Mirzә dә Qafqazda müstәqil Azәrbaycan dövlәtinin
mövcudluğunun zәruriliyini vurğuladı, İranın Qafqaz
Azәrbaycanına hәr hansı şәkildә mane olmayacağı haqda
ölkәsinin nümayәndә heyәtinin bәyanatını bir daha vә qәti
şәkildә tәsdiq etdi. Bildirdi ki, onlar, yәni iranlılar ümumi
mәnafelәrimiz naminә bizә hәr vasitә ilә kömәk etmәyә
hazırdırlar. “Nümayәndә heyәtlәrimiz әlbir fәaliyyәt
göstәrmәlidirlәr. İngilis rәhbәrlәrinin diqqәtini Sizin mәsәlәyә
yönәltmәk üçün imkanlarım var. Birgә çıxışlarımız Sizә dә